Respublika Komitəsi Rəyasət heyətinin onlayn iclası keçirilib
13 May 2020
Mayın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəyasət heyətinin növbəti iclası keçirilib.
Video-konfrans formatında keçirilən tədbiri Respublika Komitəsinin sədri Seymur Orucov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Əsasən Koronavirus pandemiyasına həsr edilmiş iclasda görülmüş işlərin hesabatı dinlənilib. İclasda bundan sonra görüləcək işlər - ittifaq üzvlərinin təhlükəsizliyi üçün görülmüş əlavə tədbirlər, xüsusi qayğıya ehtiyacı olan rabitəçilərə maddi və ərzaq yardımlarının verilməsi, həmçinin qarşıda duran bir sıra təşkilati məsələlər müzakirə olunub. Hazırlanmış qərar layihəsi səsə qoyularaq qəbul edilib.