AZ | RU | EN
AZ | EN | RU

Rəhbərlik

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili

Səttar Suliddin oğlu Möhbalıyev


Həyatı

1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.

1972-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1979-cu ildə mühasibat uçotu ixtisası üzrə həmin institutu bitirmişdir.

1974-cü ildən 1976-cı ilə kimi ordu sıralarında xidmətdə olmuşdur.

Əmək fəaliyyəti

1973-cü ildə Sənaye Tikintisi Nazirliyinin 4 saylı dəmir-beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibçi vəzifəsində işləmişdir.

1976-cı ildən Əli Bayramov adına Bakı İstehsalat Tikiş Birliyinə fəhlə kimi işə başlamış,

1977-ci ildə əmtəəşünas vəzifəsinə,

1978-ci ildən qiymətqoyma üzrə mühəndis-iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin ildə baş mühasibin müavini, səlahiyyətli böyük mühasib vəzifəsində işləmişdir.

1980-ci ildən 1993-cü ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində çalışmışdır. Həmin komitədə müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri,

1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır.

1993-cü ilin 6 fevral tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmiş və bu günə kimi bu vəzifədə çalışır.

2010-cu ildən isə Təhsil İşçiləri Azad HİRK-nin sədridir.

Nəaliyyətləri

1998-ci ildə iqtisad elmləri namizədi, Azərbaycan Respublikasını Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2005-ci il tarixli (prtk № 7-R) qərarı ilə İqtisad Elmləri Doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycan Respublikasını Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 aprel 2010-cu il tarixli (prtk № 7-R) qərarı ilə Ümumi İqtisadiyyat Kafedrası üzrə Professor elmi adına layiq görülmüşdür.

2013-cü ildən Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, eləcə də Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin yaranmasının 100 illiyi münasibəti ilə "Parlament" medalına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 27.05.2019-cu il 1205 nömrəli Sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı" ilə təltif olunub.

2019-cu ildə Türk dünyasında mədəniyyətə, təhsilə, sənətə və ədəbiyyata göstərdiyi dəstəyə görə və Mahmud Kaşqarinin 1000 illiyi ilə əlaqədar Mahmud Kaşqari adına Beynəlxalq Fondunun mükafatı və medalı ilə təltif olunmuşdur.

2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leyblis medalı ilə təltif olunmuş və «Elm və Sülh Səfiri» Beynəlxalq Fəxri adına layiq görülmüşdür.

2020-ci il tarixdə Dünya iqtisadiyyatı və mədəniyyəti sahəsində xidmətlərinə görə «Avropa Lideri Ulduzu» ordeni və «İlin ictimai xadimi» Beynəlxalq Fəxri adı ilə təltif olunub.

Elmi məqalələr və bir sıra dərsliklərin - «Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri», «Keçid dövründə dirək bazarı və məşğulluq siyasəti», «Dirək bazarı, məşğulluq və işsizliyin elmi – nəzəri əsasları», «Beynəlxalq Dirək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri», «Dirək bazarı və əhalinin sosial müdafiəsi» və digər kitablarının müəllifidir.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

2000-ci ildən (II-III-IV-V və VI çağırışlar) Milli Məclisin deputatıdır. Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının, eləcə də 2020-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələlələri Komissiyasının üzvü olub.

Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin və İntizam Komissiyasının üzvüdür. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

Azərbaycan Respublikası «Şöhrət» ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının gümüş və qızıl  medalları, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni ilə təltif edilmişdir.

Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı var.

FAYDALI KEÇİDLƏR