AZ | RU | EN
AZ | EN | RU

Sahibkarlarla görüş

21 Nov 2019

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirmişdir. 

Görüşdə Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov giriş sözü söyləmişdir. O, Respublika Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi qayğıdan danışmışdır. Demişdir ki, dövlətimiz qeyri-neft sektorunun tərəqqisində sahibkarlığın rolunu yüksək qiymətləndirir və bu sahənin azad fəaliyyət göstərməsi üçün hər cür şərait yaradır. Sahibkarlığın sosial siyasətin həyata keçirilməsində rolunu vacib amillərdən sayır. Həmkarlar ittifaqı təşkilatları da bu vacib amilin reallaşdırılması işində sahibkarlarla birlikdə iştirak edir.
M.Salmanov diqqətə çatdırdı ki, həmkarlar ittifaqı işçilərin əmək, sosial hüquqlarını qorumaqla həm də istehsalın yüksəlməsinə, sahibkarların gəlirlərinin artmasına töhfə vermiş olur. Bizim birlikdə, sıx əməkdaşlıq şəraitində çalışmağımız, ortaya çıxan problemləri dialoq yolu ilə aradan qaldırmağımız istər işəgötürənlər, istərsə də işçilər üçün fayda gətirir.
Tədbirdə “Bakı Rezin Məmulatları” ASC-nin direktoru Ağahüseyn Fərəcov, “İnşaat” MMC-nin direktoru Ziyafət Mustafayev, “İnsan” Diaqnostika Mərkəzinin baş həkimi Ceyran Mahmudova, süd və süd məhsulları istehsalı sexinin təsisçisi və rəhbəri Ağaverdi Məmmədov və başqaları çıxış edərək onlardan ötrü yaradılan imkanlardan və həmkarlar ittifaqı ilə əməkdaşlığın verdiyi faydalardan danışdılar. Əmin olduqlarını bildirdilər ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək.
 Tədbirdə 12 nəfər sahibkara Respublika Komitəsinin Fəxri fərmanları təqdim olundu.

FAYDALI KEÇİDLƏR