Üzv təşkilatlar
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
Əfəndiyev Emin Ənvər-Tovfiq oğlu
1953-cü ildə anadan olmuşdur. 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 1989-cu ildə isə Ali partiya məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildən səhiyyə müəssisələrində sanitar kimi başlamış, sonralar isə tibb qardaşı, həkim, şöbə müdiri kimi davam etdirmişdir.
Həmkarlar ittifaqında fəaliyyətinə 1981-ci ildən xəstəxananın həmkarlar ittifaqı komitəsinin sədri kimi başlamış, sonralar Respublika Komitəsində şöbə müdiri, sədr müavini kimi çalışmışdır. 1989-cu ildən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir. 2006-cı ildən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının vitse-prezidenti seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.
İşlədiyi müddətdə müxtəlif mükafatlarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalına, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının «100 illik yubiley» medalına, 2006-cı ildə Azərbaycan Respublikası «Əməkdar Həkim» fəxri adına, 2007-ci ildə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının «Həmkarlar İttifaqı Hərəkatı qarşısında Xidmətlərinə görə» gümüş nişanına, 2008-ci il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalına layiq görülmüş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.