AZ | RU | EN
AZ | EN | RU

Səmərəli dialoqun yeni yolları araşdırıldı

07 Nov 2019

Ötən həftə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Beynəlxalq Təhsil Birliyinə (BTB) üzv olan Mərkəzi və Şərqi Avropa ölkələri təhsil işçiləri həmkarlar ittifaqları təşkilatlarının “dəyirmi masa”sı keçirilib. 

Dəyirmi masaya 25 ölkədən 100-ə yaxın nümayəndə qatılmışdır.
Gürcüstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqlarının ev sahibliyi ilə baş tutmuş tədbirdə səmərəli dialoqun yeni yolları, təhsil işçilərinin sosial durumu, peşə, bilik və bacarıqlarının artırılması, sağlamlığı və iş yerlərində əməyin təhlükəsizliyi, təhsil müəssisələrinin sürətlə özəlləşdirilməsi problemi, həmkarlar ittifaqına yeni üzvlərin cəlb olunması və digər məsələlər müzakirə edilmişdir.
“Dəyirmi masa”da Gürcüstanın Elm və Təhsil naziri Mikeil Ckenkeli, Dövlət katibinin müavini, Beynəlxalq Təhsil Birliyinin Avropa Regionu üzrə direktoru Susan Floken, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (TAHİK) Prezidenti Kristina Blover, Notinqam Universitetinin professoru Hovard Stefenson da iştirak etmişlər.
İclas çərçivəsində ATİAHİ Respublika Komitəsi nümayəndə heyətinin rəhbəri Hümbət Nağıyev BTB-nin Avropa Regionu üzrə direktoru S.Floken və THİK-in Prezidenti Kristina Bloverlə təkbətək görüşlər keçirmişdir. Görüşlərdə təşkilatlararası əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatlarının “dəyirmi masa”sı hər 2 ildən bir keçirilir. Sonuncu dəfə bu tədbir 2017-ci ildə Riqada baş tutmuşdur.

FAYDALI KEÇİDLƏR