AZ | RU | EN

“Fasiləsiz təkmilləşmənin yolu əməyin mühafizəsinin sistemli idarə olunmasıdır” devizi altında seminar keçirilmişdir.

15 Apr 2011

 Zenfira xanım Beynəlxalq Əmək Təşkilatının təsis etdiyi bu günün yaranma tarixindən, onun əməyin təhlükəsizliyinin təmin olunmasında oynadığı roldan danışdı. Bildirdi ki, sahə Hİ BƏT-in tövsiyələrinin iş yerlərində tətbiq olunması üçün var qüvvəsi ilə çalışır. Əməyin mühafizəsinə, iş şəraitinin yaxşılaşdırılmasına, qanunvericiliyin tələblərinin pozulmamasına, normativ-hüquqi sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarəti get-gedə gücləndirir. Bu məqsədlə hazırlanmış cədvəl üzrə bütün səviyyələrdə həmkarlar ittifaqı liderləri, fəalları müəssisələrdə, idarə və təşkilatlarda olurlar. Toplanan məlumatlar komitə iclaslarında müzakirə olunur, yaxşı nümunələr digər kollektivlərə də çatdırılır. Nöqsanlar barədə isə işəgötürənlər qarşısında məsələ qaldırılır və həlli tələb olunur. Kollektiv müqavilələrdə təhlükəsiz əməyə dair maddələr mühüm yer tutur.

Z.Bünyatova Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin liderlərinə, fəallarına əməyin mühafizəsi məsələsini ilboyu diqqətdə saxlamağı tövsiyə etdi. "İşçilərin sağlamlığı, yüksək iş qabiliyyəti həm də iqtisadiyyatımızın inkişafıının əsas meyarıdır", - dedi.

Seminarda AHİK-in şöbə müdirinin müavini Əli Mədətov təhlükəsiz əmək sahəsində mövcud olan qanunlar, qərar və normativ aktlar barədə məlumat verdi.

Seminarda sahə HİRK-in məsul işçiləri Vaqif Məhərrəmov, Əliş İbrahimov Əmək Məcəlləsinin "Əməyin mühafizəsi" bölməsinə edilən əlavə və dəyişikliklər, iş yerlərində əməyin təhlükəsizliyinin təşkili səviyyəsi barədə danışdılar.

"İnşaat" MMC şirkətinin prezidenti Zahid Şirinov belə tədbirlərin işçilərlə, həmkarlar ittifaqı liderləri, fəalları ilə yanaşı, sahibkarlar üçün də böyük əhəmiyyətə malik olduğunu söylədi.

sahibka2 sahibka3
sahibka4 sahibka5