AZ | RU | EN
AZ | EN | RU

Səttar Mehbalıyev Fransada baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verdi

15 Jul 2016

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Fransanın Demokratik Həmkarlar İttifaqı Konfederasiyasının, Fransa Xristiyan İşçiləri Konfederasiyasının, Fransa Həmkarlar İttifaqı Konfederasiyasının, Ümum Fransa Əmək Konfederasiyasının rəhbərlərinə başsağlığı teleqramı göndərib.

Teleqramda deyilir:

"Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsılıdıq.
Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, Fransa xalqına öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

FAYDALI KEÇİDLƏR