AZ | RU | EN
AZ | EN | RU

Səttar Mehbalıyev Türkiyəli həmkarlarına başsağlığı verdi

14 Mar 2016

AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev Ankara şəhərində baş vermiş faciə ilə bağlı Türkiyənin həmkarlar ittifaqları liderlərinə və qardaş ölkənin Azərbaycandakı səfirliyinə başsağlığı teleqramı göndərib.

Teleqramda deyilir:
Ankara şəhərində baş vermiş terror nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni dərindən sarsıtdı
Faciə ilə əlaqədar, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

FAYDALI KEÇİDLƏR