AZ | RU | EN

41 dərəcə istidə iş dayandırılmalıdır

05 Jul 2010

Halbuki 41 dərəcə istidə işlər dayandırılmalıdır, işçilər sərinləşdirici yerlərdə işləməlidir, onlara sərin su verilməlidir”.

Lent.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, heç bir halda 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir: “Amma iş yerlərində bu tələblərə əməl olunmur. Bəzi qapalı yerlərdə ola bilsin ki, sərinləşdirici sexlər var və orada iş prosesinin davam etdirilməsi mümkündür. Lakin belə yerlərdə də işçilərin istidən əziyyət çəkməməsi üçün zəruri tədbirlər görülməlidir”.

Səttar Mehbalıyev isti hava şəraitində yol tikintisi ilə məşğul olan təşkilatlarda işçilər üçün lazımi şəraitin yaradılmamasını xüsusi qeyd edib. Onun fikrincə, indiki vəziyyətdə asfalt çəkənlər daha çox əziyyət çəkir: “Bir yandan 40 dərəcə isti, digər tərəfdən isə asfaltın özünün 30 dərəcə istisi işçilərin səhhətində problemlər yarada bilər. Bu cür problemlər var. Ancaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hansı müəssisələrdə həmkarlar təşkilatları var, orada bu işlərə cavabdehlik daşıyır. Hansı müəssisələrdə ki, həmkarlar təşkilatları yoxdur, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları bu işlərlə məşğul olmalıdır”.