Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçilib
16 Dec 2019
Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.
Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti
haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib. Pan Avropa Regional Şurasının prezidenti İ.
Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının Baş katibi Ş.
Barrou, PARŞ-ın Baş katibi L. Visentini forumda giriş nitqi ilə çıxış ediblər.
Baş Assambleyada çıxış edən Azərbaycan nümayəndə heyətinin
rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev qeyd edib ki,
3-cü Baş Assambleyadan ötən müddət ərzində Avropa həmkarlar ittifaqlarının əsas
məqsədlərinə nail olunması istiqamətində, yəni, əməkçilərin mənafeyi uğrunda
mübarizənin zəngin ənənələrindən daha geniş istifadə olunması, həmkarlar
ittifaqlarının həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması yolunda əhəmiyyətli
addımlar atılıb. Bu mənada, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
İcraiyyə Komitəsi adından üzv ölkələrin həmkarlar ittifaqlarının maraqlarının təmsilçisi
olan PARŞ-ın mühüm rolunu yüksək qiymətləndiririk. Biz Regional Şuranın
Nizanmaməsinə daxil edilmək üçün işlənib hazırlanmış əlavə və dəyişiklikləin Baş
Assambleyada təsdiq edilməsinə öz razılığımızı veririk. Həmçinin, Baş
Assambleyanın müzakirəsinə təqdim edilmiş “PARŞ-in 2020-2023-cü illər üçün fəaliyyətinin
siyasi orientasiyası və profili” Konsepsiyası ilə razılaşdığımızı bəyan edirik.
Bildiyimiz kimi, bu konsepsiyada əsas prioritetlərdən biri kimi Şuranın fəaliyyətinə
üzv təşkilatların daha çox cəlb olunmasıının təmin edilməsi, həm də istər qərb,
istərsə də şərq regional təşkilatlarının birgə diskussiyalarının keçirilməsi nəzərdə
tutulur.
AHİK sədri bildirib ki, “Bir qurşaq və bir yol” beynəlxalq
təşəbbüsünün bizim region ölkələrinin inkişafına və əlaqələrinə böyük təsiri
olacaqdır. Azərbaycandan da keçən “İpək yolu” iqtisadi qurşağı, Siyasi sənəddə
deyildiyi kimi, PARŞ-ın bir çox ölkələri ilə əlaqələr və dəhlizlər yaratmağa
imkan verir. Biz həmçinin həmkarlar ittifaqlarının daha təsirli kommunikasiyalara
keçidində BHİK-in bütün strukturları ilə birgə işləmək, iqtisadi inkişafın, əməyin,
sosial siyasətin strateji problemləri üzrə geniş ictimaiyyətlə qarşılıqlı fəaliyyət
göstərmək istəyirik.
Biz Pan Avropa Regional Şurasının BHİK-lə birgə gənc
işçilərlə işə, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinə, həmkarlar
ittifaqı işinin bütün səviyyələrində fəal iştirak etməsinə diqqət yetirməsini
xüsus olaraq qeyd edirik. Şura bizi motivasiya,
gender işinin inkişafına yönəldir. Hesabat dövründə orqanayzinq üzrə keçirilmiş
seminarlar, konfranslar praktikasını PARŞ-ın mütəxəssislərinin təcrübəsindən
istifadə etməklə bundan sonra da davam
etditmək lazımdır. Ötən hesabat dövründə AHİK-in nümayəndələri PARŞ-ın 33 tədbirində
iştirak ediblər. Bakıda 3 maarifçilik təlimləri keçirilib. 2016-cı ildə “Gənclərin
məşğulluğunun yeni formaları”,”Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi,
ekoloji risklər və təhlükələr üzrə həmkarlar ittifaqlarlarının əsas istiqamətləri”
mövzusunda, 2017-ci ildə AHİK-in PARŞ-ın Gənclər Komitəsi ilə birgə “Gənclərin
məşğulluğu və əməyin gələcək sferası” mövzusunda konfransı təşkil edilib. Hesab
edirəm ki, BHİK-in və PARŞ-ın həmkarlar ittifaqı təhsilinin təşkilində rolu
daha da yüksəldilməlidir. Biz bu müddəanın 4-cü Baş Assambleyanın Proqram sənədində
qeyd olunmasını xahiş edirik.
S. Möhbalıyev iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycanda
“2016-2020-ci illər üçün layiqli əməyə görə Ölkə proqramı”nın uğurla həyata
keçirilməsi ölkəmizin sosial-iqtisadi
inkişafında müsbət dəyişikliklərə gətirib çıxarır. Həyata keçirilən
genişmiqyaslı islahatlar, layiqli əməyin strategiyasının realizə edilməsinə yönəlmiş
tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsinin şərtlərindən biridir.
AHİK dövlət proqramlarının realizə edilməsində özünün Konsepsiyasına malikdir.
Bu Konsepsiyanın yerinə yetirilməsi çərçivəsində Beynəlxalq Əmək Təşkilatının fəal
köməkliyi ilə sosial və iqtisadi məsələlər üzrə Respublika Üçtərəfli
Komissiyası yaradılıb.
S. Möhbalıyev
çıxışının sonunda deyib: “Yaşadığımız dünyada çoxmillətli kapital qüdrətli işəgötürənə
çevrilir. Bununla belə, kapitalın əmək bazarı ilə spesifik münasibətləri
yaranıb. Burada sosial ədalətlə bağlı problemlər mövcuddur. Biz bilirik ki,
dünyanın həmkarlar ittifaqları transmilli şirkətlərlə qlobal səviyyədə sosial
dialoq qurmağa çalışır. Hərçənd ki, bu məsələdə problemlərimiz çoxdur və bizim
beynəlxalq təşkilatların köməyinə ehtiyacımız vardır. Pan Avropa Regional
Şurasının çoxcəhətli işi bu gün böyük əhəmiyyət daşıyır. Həmkarlar ittifaqı təşkilatı
olaraq bu qurum gündəlik fəaliyyətimizdə bizə yaxından köməklik göstərir. Bu
gün Şuranın yeni seçiləcək heyətinə bu ənənəni davam etdirməyi arzu edirik”.
Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi
və tərkibi iseçilib. İ. Petriaşvili yenidən Pan Avropa Regional Şurasının
prezidenti seçilib. Baş Assambleyada AHİK-in sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev yeni müddətə qurumun vitse-prezidenti seçilib. Bu münasibətlə
PARŞ-ın rəhbərliyinə və üzvlərinə munnətdarlığını bildirən AHİK sədri özünün
yenidən bu quruma vitse-prezident seçilməsini bütövlükdə Azərbaycan həmkarlar
ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib və əmin
edib ki, göstərilən yüksək etimadı doğrultmaq üçün bütün imkanlarından istifadə
edəcəkdir.