İstehsalatda ölüm hallarının və zədələnmələrin sayı 2010-2011-ci illərlə müqayisədə xeyli artıb - AHİK sədri
04 May 2012
O deyib: "İstehsalatda ölüm hallarının və zədələnmələrin sayı 2010-2011-ci illərlə müqayisədə xeyli artıb. Ölüm hadisələri 29%, zədələnmələr isə 13,6%-ə artıb. Həmkarlar Təşkilatlarının əsas məqsədi iş yerlərində təhlükəsizliklə məşğul olan insanlardan təhlükəsiz şərait yaradılmasını tələb etməkdir. İşə başlamazdan əvvəl işçilərə bu barədə məlumat verilməli, risklər haqqında təlimatlandırılmalıdır və vaxtı-vaxtında xüsusi geyimlə təchiz edilməlidirlər".
www.salamnews.az