AZ | RU | EN
AZ | EN | RU

Səttar Mehbalıyev Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşavirini qəbul etmişdir

04 Jul 2013

 

Qeyd etmişdir ki, bizim uzun tarixə və səmimi dayaqlara söykənən münasibətlərimiz bir çox ölkələr  üçün nümunə olmuşdur.

S. Mehbalıyev qonağa Xocalı soyqırımı ilə bağlı fevral ayında İstanbulun Taksim meydanında keçirilmiş çoxminli yürüşü xatırlatmış və məmnunluqla demişdir ki, türkiyəli həmkarlarımız həmin möhtəşəm yürüşdə bizim haqq, ədalət çağıran səsimizə səs vermişdir. Biz bu dəstəyə görə Türkiyə həmkarlar ittifaqı hərəkatına və bütünlükdə Türkiyə xalqına təşəkkürümzü bildiririk.

Sonra Azərbaycan Həmkarlar İttifaqlarının müstəqillikdən sonra keçdiyi yol haqda qonağa məlumat verən AHİK sədri vurğulamışdır ki, sıralarında 1 milyon 600 min həmkarlar ittifaqı üzvünü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları  müstəqillik əldə olunandan bəri fəaliyyətində bir çox uğurlara imza atmış, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

04.07.13.1 04.07.13

İşəgötürənlərlə işçi arasında imzalanan əmək müqaviləsi haqda qonağa məlumat verən S. Mehbalıyev qeyd etmişdir ki, həmkarlar təşkilatları olan müəssisələrdə bu məsələlərə xüsusi diqqət ayırırıq. Sahə həmkarlar ittifaqları mütəmadi olaraq müəssisə və təşkilatlarda yoxlamalar aparır, bu sahədə yaranmış problemlərin həllində iştirak edir.

Namık Ata öz növbəsində bildirmişdir ki, bugünkü səmimi görüş Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Öz ölkəsindəki həmkarlar hərəkatının fəaliyyətindən söhbət açan qonaq Türkiyədə də işçilərin əmək və sosial hüquqlarının qorunması yolunda çaxsaylı işlərin görüldüyündən bəhs etmişdir.

 Namık Ata Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmiş, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz fəaliyyəti dövründə bütün səyləri göstərəcəyini vurğulamışdır.

FAYDALI KEÇİDLƏR