Tatarıstan həmkarlar ittifaqlarının nümayəndə heyəti Bakıda səfərdədir
21 Oct 2016
Respublikamıza işgüzar səfərə gələn Tatarıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyəti ilk öncə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, daha sonra isə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə gül dəstələri qoymuşlar. Qonaqlar Şəhidlər Xiyabanında da olmuş, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin məzarları üstünə güllər düzmüşlər.
Nümayəndə heyətinin Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının rəhbərliyi və üzv təşkilatların nümayəndələri ilə görüşü
olmuşdur.
Görüşdə AHİK sədrinin birinci
müavini İlyas Əliyev son illərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi
proseslər haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, son 10 ildə
makroiqtisadi siyasət iqtisadi sabitlik üçün münbit şərait yaradıb, neft
sektoruna qoyulan xarici investisiyalar isə ölkənin inkişafına daha da təkan
verib. Bu illər ərzində minlərlə yeni iş yerləri açılıb. Nəticədə Beynəlxalq Əmək
Təşkilatının metodologiyası əsasında nəzərdə tutulmuş işsizliyin səviyyəsi 5
faizədək azalıb. Azərbaycan həmkarlar ittifaqları ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasəti dəstəkləyərək,
öz fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdiriblər.
İ.Əliyev Azərbaycanda Həmkarlar
İttifaqlarının yaranma tarixi, fəaliyyəti və müstəqillik illərində görülən işlərdən
də danışıb.
Bildirib ki, 1993-ci il fevralın 5-də keçirilən
Azərbaycan
Həmkarlar İttifaqlarının qurultayı xüsusi əhəmiyyət kəsb edir. Qurultayda AHİK-in yaradılması haqqında qərar qəbul edilib. Bu gün AHİK ölkənin
ən böyük ictimai təşkilatlarından
biridir.
Konfederasiya ümumi sayı1 milyondan çox həmkarlar ittifaqı üzvündən ibarət 27 üzv təşkilatı birləşdirir. O, həmçinin AHİK-in tabeliyində olan "Ülfət"
qəzetinin redaksiyası, Azərbaycan Həmkarlar İttifaqları
İdman Təşkilatları Assosiasiyası, "Kurort"
səhmdar cəmiyyəti, Respublikası Turizm və Ekskursiyalar Şurası
və digər təşkilatlar haqqında məlumatları da
qonaqların diqqətinə çatdırıb.
AHİK sədrinin birinci müavini daha sonra bildirib ki, Azərbaycan Nazirlər
Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
arasında imzalanan Baş Kollektiv Saziş Azərbaycan
Respublikasının bağladığı və ya tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
Beynəlxalq Əmək Təşkilatının
konvensiyalarına, digər beynəlxalq
hüquq normalarına və Azərbaycan
Respublikasının qanunvericiliyinəəsaslanır.
Onu da diqqətə çatdırıb ki, bu il sentyabrın 30-da Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər
üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalanıb. Eyni zamanda
"Layiqli əmək üzrə ölkə Proqramı" qəbul edilib.Azərbaycan həmkarlar ittifaqlarıölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir.AHİK Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının və Ümum Həmkarlar İttifaqları
Konfederasiyasının üzvüdür,
Konfederasiyanın sədri S.MehbalıyevBHİK-in və PARS-ın vitse-prezidentidir.
İ Əliyev vurğulayıb ki, Respublika həmkarlar ittifaqlarının beynəlxalq fəaliyyətinin perspektiv
istiqaməti keçmiş sovet
respublikaları olan suveren dövlətlərin, həmçinin Türkiyə, Almaniya, Fransa, İtaliya, İngiltərə, Braziliya, Macarıstan, İsrail, Polşa, İrlandiya,
Norveç, Bolqarıstan, Çin, Yaponiya
və s. ölkələrin həmkarlar ittifaqları ilə olan əməkdaşlıqdır.
Bu gün bölgədə Azərbaycan
ilə Rusiya arasında qarşılıqlı anlaşma və sıx əməkdaşlıq
prinsipləri üzərində qurulan münasibətlərin gələcək inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yaxşı bilirik ki,
Tatarıstan Rusiya Federasiyasının tərkibində özünə layiqli yer tutan geniş iqtisadi
və intellektual potensiala malik bir respublikadır. Əlbəttə,
bu nəticələrin
əldə olunmasında respublika həmkarlar ittifaqlarının
rolu böyükdür.
İ.Əliyev daha sonra qeyd edib ki, milli maraqlarına və prinsiplərinə
sadiq tatar xalqı ilə əməkdaşlıq respublikalarımız arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə şərait yaradır.Bizim xalqlarımızın etnik kökləri
eynidir, ümumi adət və ənənələrə malikik.Ona görə də bütün
tarixi dövrlərdə xalqlarımız
arasında sıx dostluq münasibətləri yaranıbdır.
Tatarıstan Respublikası Həmkarlar
İttifaqları Federasiyasının nümayəndə heyətininölkəmizə səfərinin məqsədini
yüksək qiymətləndirərək belə hesab edirəm ki, hazırki
görüş və ilk növbədə Tatarıstan
Respublikası və Azərbaycan Respublikasının ərazi həmkarlar təşkilatları arasında
qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında imzalanacaq Saziş
bizim təşkilatlar arasındakı münasibətlərin müsbət inkişafına daha da kömək edəcək.
Tatarıstan Respublikası Həmkarlar İttifaqları Federasiyasının sədri (TRHİF)
Tatyana Vodopyanova səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirib. AHİK-lə
qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Sonra
isə təmsil etdiyi qurum haqqında məlumat verib. Deyib ki, TRHİF Rusiyada ən böyük
təşkilatlardan biridir. Üzv təşkilatlarımızın sayı 20-dən çoxdur. Yeddi yüz min
üzvü olan Federasiyada gənclərin sayı üç yüz minə çatır. Bu da təxminən 41 faiz
deməkdir. Biz yenə də sıralarımıza gəncləri daxil etməyə davam edirik. Üzv təşkilatlarımızda
qadın rəhbərlərin sayı da az deyil.
O, Federasiyanın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, fəaliyyət
göstərdiyi illər ərzində həmkarlar ittifaqlarına hakimiyyət nümayəndələri, müəssisə
və təşkilatların rəhbərləri ilə konstruktiv dialoq qurmaq mümkün olub. Bu da Tatarıstanda
sabitliyin və sosial mühitin daha da qorunmasına, habelə zəhmətkeşlərin
maraqlarının müdafisəsi üzrə məsələlərin səmərəli həllinə xidmət edir. Respublika
həmkarlar ittifaqları öz başlıca prinsiplərini heç bir zaman dəyiməyib. Əmək adamları,
veteranlar və gənclərin həyat və istəklərinə laqeyd qala bilmərik. Ona görə bu
gün də həmkarlar ittifaqları müasir vətəndaş cəmiyyətinin ən güclü və dinamik
inkişaf edən ictimai təşkilatı olaraq qalmaqdadır. Bizim vəzifəmiz həmkarlar
ittifaqı üzvlərinin etimadını doğrultmaqdır. Bizim gücümüz birliyimizdədir və
birlikdə qarşımızda duran vəzifələri həll etməyə qadirik. Həmkarlar ittifaqlarına və onun üzv təşkilatlarına inam hər il yeni
ilk həmkarlar ittifaqı təşkilatlarını yaratmağa imkan verir. Tatarıstan iqtisadiyyatının
dinamik inkişafı sosial tərəfdaşlığın da inkişafına səbəb olubdur. Bu mənada həmkarlar
ittifaqlarının, hökumətin və işəgötürənlərin üçtərəfli partnyorluq çərçivəsində
əməkdaşlığı yüksək qiymətləndirilməlidir. Sosial tərəfdaşlıq sisteminə mülkiyyət
formalarından asılı olmayaraq daha çox müəssisə və təşkilatları cəlb etmək lazımdır.
Tatarıstan Respublikası prezidenti tərəfindən keçən ilin sonlarında imzalanan Fərman
da bu işlərə yeni təkan verib.
Sonra T.Vodopyanova həmkarlar ittifaqları tərəfindən həyata keçirilən
gender və gənclər siyasəti, işçilərin hüquqlarının müdafiəsi sahəsində görülən
işlərdən də danışıb.
Tədbir daha sonra iştirakçılar arasında diskussiyalarla davam etdirilib.
Görüşün sonunda AHİK və TRHİF arasında qarşılıqlı
fəaliyyət və əməkdaşlıq haqqında Saziş imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyəti respublikamızın bir sıra sənaye
müəssisələrində, həmkarlar ittifaqlarının tabeliyində olan “Şıx” sanatoriyasında
olmuş, Bakının görməli yerlərini gəzmiş, tarixi, mədəniyyəti ilə tanış
olmuşlar.