AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar   İttifaqi Respublika Komitəsi

 

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı 26 sentyabr 2002-ci ildə yaradılmışdır. Respublika həmkarlar ittifaqı komitəsi 11632 nəfər ittifaq üzvünü birləşdirən 160 təşkilatı əhatə edir.

Həmkarlar ittifaqının ali orqanı qurultaydır. Sonunju qurultay 16 oktyabr 2007-ci ildə keçirilmişdir. Qurultaylararası dövrdə Respublika Komitəsinin işinə ildə bir dəfədən az olmayaraq keçirilən Məclis rəhbərlik edir. Operativ rəhbərliyi həyata keçirmək üçün Məclis üzvlərinin tərkibindən İcraiyyə Komitəsi seçilir.

Həmkarlar ittifaqı Respublika Komitəsi «Həmkarlar ittifaqları haqqında» Respublika Qanununa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının Nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir. Komitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeçiliyində olan idarə, müəssisə işçilərinin və digər ekologiya sahəsində çalışanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Öz işini həyata keçirmək üçün komitə müntəzəm olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sahə Kollektiv Sazişləri bağlayır. Sonuncu dəfə 27 avqust 2010-cu ildə 2010-2012-ci illəri əhatə edən sahə Kollektiv Sazişi imzalanmışdır.

Həmkarlar ittifaqı Tikinti, Meşə İşçiləri Həmkarlar İttifaqlari Beynəlxalq Federasiyasının, MDB ölkələri Meşə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.

FAYDALI KEÇİDLƏR