AZ | RU | EN

Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında yeni kollektiv saziş imzalanıb

05 Jul 2010

 Mərasimdə çıxış edən S. Mehbalıyev bildirib ki, qanunvericiliyə uyğun olaraq təhsil işçiləri üçün zəruri əmək, sosial-iqtisadi şəraitin yaradılması, təhsil müəssisələrinin, təşkilatların stabil, effektli fəaliyyətini təmin etmək məqsədilə 1998-ci ildən başlayaraq Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında kollektiv saziş imzalanır. Sonuncu saziş 2007-ci ilin iyunun 29-da imzalanıb. S. Mehbalıyev deyib ki, bu saziş təhsil sahəsində münasibətlərin tənzimlənməsi prinsiplərini müəyyən edən hüquqi sənəd olmaqla, təhsil işçilərinin əməkhaqqı, əmək zəmanətləri və imtiyazlarını müəyyən edir.

M. Mərdanov isə bəyan edib ki, sazişin şərtləri təhsil işçiləri və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə yönəlib. Sənəddə bu məsələlərin həllində sosial əməkdaşlıq prinsipləri əsas götürülüb. Nazirin sözlərinə görə, rəhbərlik etdiyi dövlət qurumu sazişlə əlaqədar üzərinə düşən öhdəliklərin layiqli yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Spartakiada qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.

 

saz1 saz2 saz4