AZ | RU | EN

Tələbələrə adlı təqaüdlər verilmişdir

01 Oct 2010

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə təhsil sistemində həyata keçirilən islahatlardan, dövlətimizin başçısının təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, ATİAHİRK də ölkədə həyata keçirilən gənclər siyasətini daim dəstəkləyir. Respublika üzrə 25 ali təhsil müəssisəsi Komitənin üzvüdür. Bu ali məktəblərdə təhsil alan 70 mindən artıq tələbə həmkarların üzvləridir. ATİAHİRK gənclərin təhsilə olan marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, tələbələr arasında normal rəqabət yaratmaq məqsədilə hər il müxtəlif tədbirlər, o cümlədən festivallar, spartakiadalar, fənn olimpiadaları keçirir. Gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların intellektual səviyyə və bacarıqlarının yüksəldilməsinə xidmət edən bu tədbirlər minlərlə gənci əhatə edir.

Görülən işlər sırasında tələbələrə adlı təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir. 1995-ci ilin fevral ayında ATİAHİ Respublika Komitəsinin qərarı ilə komitənin adlı təqaüdü təsis olunmuşdur. 1995-ci ildən bu günə qədər 1300-dən artıq tələbə bu təqaüdə layiq görülmlşdür. 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının yekunlarına görə isə ölkənin müxtəlif ali məktəblərində təhsil alan 54 tələbə Komitənin adlı təqaüdünə layiq görülmüşdür.

Sonda tələbələrin hər birinə 300 manat məbləğində təqaüd verilmişdir. Çıxış edən tələbələr onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

tele3 tele1 tele2