AZ | RU | EN
AZ | EN | RU

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Estoniya Təhsil İşçiləri Birliyi və Ukrayna Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır

09 Oct 2012

S. Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyətindən və ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda hər il yeni məktəb binaları tikilir, uşaqların təhsilli, sağlam vətəndaş kimi yetişməsi üçün hərtərəfli şərait yaradılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Mehbalıyev qeyd etmişdir ki, ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşmüş, minlərlə təhsil ocağı dağıdılmışdır.

Sonra görüşdə ATİAHİ Respublika Komitəsi ilə Estoniya Təhsil İşçiləri Birliyi və Ukrayna Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır.

Vurğulanmışdır ki, sənəddə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı, müdafiəsi, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması və s. məsələlər öz əksini tapmışdır.

09.10.12.1 09.10.12.2

09.10.12 09.10.12.4

Ukrayna Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Sergiy Ramaniuk və Estoniya Təhsil İşçiləri Birliyinin prezidenti Sven Rondik görüşün təşkilinə görə minnətdarlıqlarını bildirmişlər. Vurğulamışlar ki, imzalanan sənədlər ölkələrimizin həmkarlar təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəkdir. Bu müqavilələr çərçivəsində həmkarlar təşkilatlarımız birgə tədbirlər həyata keçirəcək və bir-birilərinin təcrübələrindən səmərəli istifadə edəcəklər.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

FAYDALI KEÇİDLƏR