AZ | RU | EN
AZ | EN | RU

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVI hesabat-seçki konfransı keçirilmişdir

10 Oct 2012


 Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür. Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

10.10.12.7 bust

10.10.12.6 

Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə səkkiz ölkənin həmkarlar təşkilatları və beynəlxalq həmkarlar ittifaqları birliklərinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanda elm və təhsil işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğından bəhs edən videoçarx nümayiş olunmuşdur.

ATİAHİRK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək bildirmişdir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan sosial–iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Respublikamızın ümumi inkişafı digər sahələr kimi, həmkarlar ittifaqları institutunun da inkişafına münbit şərait yaratmışdır.

10.10.12.5 10.10.12.2

Sonra Səttar Mehbalıyevin təşkilatın hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, 2006-2012-ci illəri əhatə edən hesabat dövründə təşkilat qarşısında qoyulmuş istiqamətlər üzrə fəaliyyət göstərərək ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi ilə bağlı bir sıra işlər görmüşdür. Həmin dövrdə ATİAHİRK məclisinin 7, rəyasət heyətinin 72 iclası keçirilmişdir. İclaslarda 649 məsələ müzakirə olunmuşdur.

Vurğulanmışdır ki, hesabat dövründə ATİAHİRK Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarından birinə çevrilmişdir. Komitə tərəfindən hər il ali məktəb tələbələri üçün bədii yaradıcılıq festivalları, müsabiqələr, intellektual yarışlar, istedadlı gənclərin aşkarlanması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunmuşdur. Bu cür tədbirlər çərçivəsində tələbələrə adlı təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmçinin komitə tərəfindən aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz nahar yeməyinin təşkil olunması artıq ənənə halını almışdır. 2011-2012-ci tədris ilindən başlayaraq aztəminatlı ailələrdən olan 38 tələbənin təhsil haqqının 30 faizi həmkarlar ittifaqının vəsaiti hesabına ödənilmişdir.

Sonra ATİAHİRK-in nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmiş, komitənin rəhbər orqanlarının seçilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

10.10.12.4 10.10.12

Səttar Mehbalıyev yekdilliklə növbəti dövr üçün komitənin sədri seçilmişdir.

Çıxış edən qonaqlar AHİK-in fəaliyyətini yüksək qiymətləndirmiş, qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmiş, xatirə hədiyyələri təqdim etmişlər.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

10.10.12.9 10.10.12.8

FAYDALI KEÇİDLƏR