Tələbələrə və şagirdlərə ATİAHİ Respublika Komitəsinin təqaüdləri verilmişdir
14 Mar 2012
Tədbirdə ötən il ATİAHİ Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə keçirilmiş “İstedada diqqət və qayğı gələcəyə yönəliş sərmayədir” mövzusunda müsabiqənin qalibi olmuş 6 şagird də mükafatlandırılmışdır.
AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə gənclərə göstərilən qayğıdan danışmış, ölkə başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulamışdır. O, demişdir ki, Proqram çərçivəsində yaxşı oxuyan şagird və tələbələrə təqaüdlərin verilməsi də ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin 1995-ci ildə qərarı ilə təsdiq edilmiş təqaüd komitənin gənclərlə bağlı həyata keçirdiyi uğurlu layihələrdən biridir. Bu günədək 1400-dən çox tələbə bu təqaüddən yararlanmışdır.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 20 ali təhsil məktəbinin 58 tələbəsinə təqdim olunmuşdur.