AZ | RU | EN
AZ | EN | RU

Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri Talip Geylanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

21 Dec 2018

Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, deputat Səttar Möhbalıyev Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri Talip Geylanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi arasındakı mövcud əməkdaşlıq əlaqələri, perspektivlər müzakirə olunub.Müzakirələrdə S.Möhbalıyev təşkilatlar arasındakı mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi baxımından faydalı olduğunu deyib.

Söhbət zamanı AHİK sədri, həmçinin ölkəmizin son illər əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Qardaş Türkiyədə çoxlu sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan və Türkiyə birgə mühüm layihələr həyata keçirirlər.

Talip Geylan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.Qeyd edək ki, türkdilli respublikalarda təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının birliyi olan Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə təsis edilib. Təsisçilər sırasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı da var.

FAYDALI KEÇİDLƏR