Türkiyəli qonaqlar AHİK-də qəbul edildi
15 Apr 2016
Aprelin 15-də Bakıda keçirilən Türkiyənin "Hak-İş" Konfederasiyası İcraiyyə Komitəsi toplantısının iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən qəbul edilib.
S. Mehbalıyev bildirib ki, Türkiyə ilə
Azərbaycan arasında qardaşlıq münasibətləri var və bu ölkələr hər zaman beynəlxalq
səviyyədə bir-birinə dəstək verir. S. Mehbalıyev AHİK-in fəaliyyəti haqqında məlumat
verərək qeyd edib ki, konfederasiya Türkiyədə fəaliyyət göstərən həmkarlar
ittifaqlarının təcrübəsindən faydalanmağa çalışır: “Bu baxımdan biz ilk növbədə
qardaş ölkə ilə təcrübə mübadiləsi
aparırıq. Məqsədimiz eyni zamanda xarici əlaqələrin gücləndirilməsinə nail olmaqdır.
S.Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixindən danışaraq bildirdi ki,
1904-cü ildə neft sənayesi sahəsində çalışan işçilərlə sahibkarlar arasında
bağlanan "Mazut müqaviləsi" həmkarlar ittifaqının
fəaliyyətinin başlanğıcı hesab olunur.
Ölkəmiz müstəqillik
əldə etdikdən sonra həmkarlar ittifaqları tam yeni formada fəaliyyət göstərməyə
başladı. 1993-cü ildə Konfederasiya yaradıldı və bütün sahələrdə fəaliyyət göstərən
təşkilatlar könüllü şəkildə burada birləşdilər.
Hamımıza bəllidir ki, həmkarlar ittifaqlarının əsas məqsədi işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsidir və biz işimizi məhz bu istiqamətdə qururuq.
Hamımıza bəllidir ki, həmkarlar ittifaqlarının əsas məqsədi işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsidir və biz işimizi məhz bu istiqamətdə qururuq.
Həmkarlar
ittifaqları öz üzvlərinin - istehsal və qeyri-istehsal sahəsində çalışan işçilərin,
təhsil alan şəxslərin, pensiyaçıların əmək, sosial və iqtisadi hüquqlarının,
qanuni mənafelərinin qorunmasını həmişə ön planda saxlayır.
Sonra Konfederasiya sədri bildirdi ki, Azərbaycan həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat tərzinin geniş təbliğatı, insan alverinin qarşısının alınmasında iştirakı, miqrantların hüquqlarının qorunması kimi məsələlərin də həllində öz töhfələrini verməyə, bütün imkanlarından istifadə etməyə çalışır.

İşçilərin
istirahətlərini daha səmərəli təmin etmək məqsədilə AHİK-in üzv təşkilatlarından
6-sı öz vəsaitləri hesabına İstirahət Mərkəzləri inşa edib. Bu istiqamətdə işlər
bu gün də davam edir.
“HAK-İş”
Konfederasiyasının rəhbəri Mahmut Arslan AHİK sədrinə səmimi qonaqpərvərliyə
görə minnətdarlıq etdi və bildirdi ki, Hak-İş Konfederasiyası olaraq İcraiyyə
Komitəsinin səyyar iclasını Azərbaycanda keçirməyimizə məmnunuq.Azərbaycan və
Türkiyə hər zaman bir-birinə dəstək olub. Qardaş ölkənin müstəqilliyini tanıyan
ilk dövlət də məhz Türkiyədir. Azərbaycanın siyasi və iqtisadi sahələrdə sürətli
inkişafı Türkiyəni sevindirir. Ölkələrimiz yaxşı və pis gündə hər zaman
bir-birinin yanında olub və olacaq.
Mahmut Arslan “HAK-İŞ” Konfederasiyası ilə AHİK arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyini vurğulayaraq təşkilatlarımızın əlaqələrinin
bundan sonra da davam edəcəyini bildirib.