Türkiyənin Həmkarlar ittifaqları liderləri AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə başsağlığı teleqramları göndəriblər
06 Apr 2016
Türkiyənin Dövlət İdarələri İşçiləri Həmkarlar ittifaqının sədri Əli Yalçın, "Toley-İş" Həmkarlar ittifaqının sədri Cəmail Bakındı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Öndər Kahveci, "Türk-İş" Həmkarlarİttifaqının sədri Ergün Atalayın AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə göndərdikləri başsağlığı teleqramlarında deyilir:
Əziz
qardaşımız, son zamanlar yenidən kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsini
yaxından izləyirik.
Özlərinə
güvəni olmayan, ətrafındakı bir neçə dövlətə sığınaraq alətə çevrildiyinin fərqinə
varmayan, işğalçılıq siyasətindən əl çəkməyən ermənilər gün gələcək ki, Azərbaycan
dövlətinin qüdrəti qarşısında boyun əyəcəklər.
Dağlıq
Qarabağ ətrafında baş verən son hadisələrdə Can Azərbaycanın şəhidlərini dərin
hüznlə anırıq. Bir millət, iki dövlət olaraq acınızı paylaşmağı özümüzə borc
bilirik.
Dağlıq
Qarabağ bölgəsində Ermənistanın illərdir sürdürdüyü işğalçı siyasəti qınayır, beynəlxalq
aləmdən Azərbaycanın ərazi bütövlüyünü tanımalarını tələb edirik.
Bu
savaşda qardaş Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və hərbi əməliyyatlar zamanı canlarından keçən şəhidlərin ruhunu uca
tutduğumuzu bildirmək istərdik.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin
ailələrinə allahdan səbr diləyirik, Sizə, bütün Azərbaycan xalqına başınız sağ
olsun deyirik.