AZ | RU | EN
AZ | EN | RU

UŞAQ ƏMƏYİ PROBLEMİ DİQQƏT MƏRKƏZİNDƏ

13 Sep 2014

12.09.14.1

Sentyabrın 11-12-də Qırğızıstanın İssık-Kul vilayətində BƏT/PARŞ- ın "Mərkəzi Asiyada Uşaq Əməyi ilə mübarizə, öhdəliklər yerinə yetirilməlidir" layihəsi çərçivəsində 2 günlük subregional seminar-treninq təşkil edilib. Seminarın keçirilməsində əsas məqsəd iştirakşıların uşaq əməyi ilə mübarizədə effektiv strategiyalar haqqında bilik və məlumatlarını daha da artırmaq, onları ən yaxşı təcrübələrlə tanış etmək və bu sahədə oyrəndiklərini öz ölkələrində tətbiq etməkdir.

Tədbiri açan BƏT-in məsləhətçisi Piter Mats bildirildi ki, bu gün dünyada 215 milyondan çox 5-14 

12.09.14yaşlarında uşaq əmək fəaliyyəti ilə məşğuldur. Onlardan təxminən 115 milyonu təhlükəli şəraitdə işləyir. Silahlı münaqişələrə, fahişəliyə cəlb olunanlar, qul kimi işlədilənlər də kifayət qədərdir. Sahibkarlar uşaqları istismar edir, başqa sözlə, onlara gəlirlərini artıran bir alət kimi baxırlar.

Çətin həyatı situasiyalara düşən uşaqlar ilə aparılan işlər barədə Qırğız Respublikasının Sosial İnkişaf nazirinin müavini x-m Jalqız Polotova məlumat verərək qeyd etdi ki, 2002- ci ildə BƏT iyunun 12-ni uşaq əməyinə qarşı mübarizə günü elan edib. Dünyanın 80 ölkəsində fəaliyyət göstərən160 təşkilatının üzvlərinə müraciət edərək, onları uşaq əməyinə qarşı mübarizəni gücləndirməyə çağırıb. Uşaq əməyindən istifadə uşaqların və işçilərin hüquqlarının pozulması deməkdir. Dövlətlər, işəgötürənlər və həmkarlar ittifaqları bu neqativ hala göz yummamalı, uşaqları işdən ayırıb məktəblərə cəlb etməli və əmək standartlarını müdafiə etməlidir. Uşaq köləliyinə qarşı etiraz gündəlik fəaliyyətin tərkib hissəsi olmalıdır.

Seminar iştirakçıları uşaq əməyinin geniş yayılmasının əsas səbəbləri, işləyən uşaqlar qarşısında duran maneələr, bu sahədə beynəlxalq siyasətin əsasları, təhsil qanunvericiliyi və ölkələrdə vəziyyət mövzuları ətrafında geniş müzakirə apardılar.

Sonra iştirakçılar qruplara bölünərək uşaq əməyinin istismarının dayandırılması üçün təklif və ideyaları ilə bölüşdülər.

Təcrübə məşğələləri və pilot layihələrin icra olunduğu ərazi və təşkilatlarla tanışlıq iştirakçılara iqtisadiyyatın konkret sahələrində uşaq əməyinin aradan qaldırılması üzrə ideyaları müzakirə etməyə və arqumentasiya sistemini hazırlamağa kömək etdi.

 Seminarda AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov uşaq əməyi problemlərinin aradan qaldırılması ilə əlaqədar çıxış etmişdir.

FAYDALI KEÇİDLƏR