AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali məktəb tələbələri arasında təşkil edilmiş bədii yaradıcılıq festivalının yekun konserti keçirilib

05 May 2015

05.05.15.2Mayın 5-də Azərbaycan Dövlət Musqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali məktəb tələbələri arasında təşkil edilmiş bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ)  Respublika Komitəsinin birgə qərarı ilə təşkil olunan tədbirin əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda, festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.

 

Festivalın yekun konsertində 23 ali təhsil müəssisinin tələbələri iştirak edib.  Builki festivalda ATİAHİ Respublika Komitəsinin xidmətinə daxil olan ali məktəblərlə yanaşı, Ali Neft Məktəbi, Aviasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Gömrük Akademiyası, Odlar Yurdu Universiteti və Bakı Biznes Universitetinin tələbələri də iştirak edib. Festival 2004-cü ildən başlayaraq hər il keçirilir.

Festivalın yekun konsertində AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə verdiyi misilsiz töhfələrdən danışıb. O, Ulu Öndərin ölməz ideyalarının Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan, gənclərin layiqli vətəndaş kimi yetişməsi istiqamətində həyata keçirdiyi geniş miqyaslı tədbirlərdən konkret faktlar əsasında söhbət açıb. 

S.Mehbalıyev vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub.

05.05.15 05.05.15.1

05.05.15.4 05.05.15.3

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.  Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.  

Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.  Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini F. Qurbanov da çıxış edib.

Sonra ölkənin ali məktəb tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.