ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN MƏZARI ZİYARƏT OLUNMUŞDUR
12 Dec 2011
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından səkkiz il keçdi.
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Ulu öndərin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü – dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, o cümlədən də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişlər. Ziyarətçilər ulu öndərin məzarı önünə tər çiçəklər düzmüşlər.