AZ | RU | EN

ÜHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

18 Nov 2016

Noyabrın 17-də Moskvanın Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Qurumun vitse-prezidenti, MDB ölkələri üzrə Meşə Təsərrüfatı Həmkarlar İttifaqları Federasiyasının sədri Viktor Karnyuşinin sədrliyi ilə keçən iclasda ÜHİK-in noyabrın 18-də nəzərdə tutulmuş Şuranın gündəliyi məsələsinə baxılıb.
  İcraiyyə Komitəsi ÜHİK-in Baş katibinin müavini Natalya Podşibyakinanın "Minimum yaşayış həddindən aşağı olmnayan minimum əməkhaqqı" əməkdaşlıq kompaniyasının gedişi haqqında" məruzəni dinləyib.

Məruzə ətrafında üzv təşkilatlarının nümayəndələri çıxış etdilər. Öz ölkələrinin timsalında bu istiqamətdə aparılan işlərdən danışıblar.
Çıxışlarda bildirildi ki, əksər ölkələrdə minimum əməkhaqqının indeksiyasına nail olunmayıb. Yəni əməkhaqqı minimum tələbat mallarının qiymətinin artımından geri qalır. Elə ölkələr var ki. orada minimum əməkhaqqı məsləsinə bir neçə ildir baxılmır.
İcraiyyə Komitəsi hələ də istənilən nəticənin əldə olunmasını nəzərə alaraq "minimum yaşayış həddindən aşağı olmayan minimum əməkhaqqı" əməkdaşlıq kompaniyasının  gedişi haqqında" kompaniyanın davam etdirilməsini qərara aldı.
"Ümumdünya layiqli Əmək Uğrunda Mübarizə Günü" devizi altında keçirilən aksiyada üzv dövlətlərin iştirakı haqqında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Albert Potapov hesabat verdi. Bildirdi ki, region ölkələrinin həmkarlar ittifaqları bu aksiyanın həyata keçirilməsində xüsusi fəallıq göstəriblər. 
İcraiyyə Komitəsi təşkilatın Nizamnaməsinə dəyişiklik edilməsi barədə müvafiq komissiyaya tapşırıq verilib. İclasda həmçinin qurumun qarşıdan gələn 25 illik yubileyinə hazırlıq məsələlərinə də baxılıb.
ÜHİK-in İcraiyyə Komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov  və katibi-aparat rəhbəri Həsən Cəfərov da fəal iştirak ediblər. Onlar çıxış edərək gündəlikdə duran məsələlər ətrafında öz fikirlərini söyləyiblər. Azərbaycan həmkarlar ittifaqlarının təcrübəsini iclas iştirakçıları ilə bölüşüblər.