AZ | RU | EN
AZ | EN | RU

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mərasimi keçirilmişdir

08 May 2014

 

Tədbirdə çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan xalqı unutmayıb.

 08.05.14.6 08.05.14.5  

Onun sözlərinə görə, ənənəvi olaraq keçirilən bu kimi tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verilən qiymətdir: “Heydər Əliyevin ideyaları, siyasəti bu gün də Azərbaycana, Azərbaycan xalqına xidmət edir, xalqımız və dövlətimiz bu siyasətin həyata keçirilməsinin faydalarını görür. Məhz bu mənada Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə yüksək təmtəraqla qeyd edirlər”.

08.05.14.2 08.05.14.3

S. Mehbalıyev onu da qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycan müstəqilliyini qazandıqdan sonra Yeni Azərbaycan yaratmağa başladı: “Hər birimiz üçün yeni cəmiyyət modeli gözəl aydındır. Bu yeni cəmiyyətdə Heydər Əliyev prinsipi mövcuddur. Azad cəmiyyət, vətəndaşlıq cəmiyyəti, tolerantlıq bu prinsiplərə aid edilə bilər. Heydər Əliyev yeni Azərbaycanı yaradanda sosial ədalət onun üçün hər şeydən əvvəl gəlirdi. Müasir Azərbaycan cəmiyyəti ümumbəşəri dəyərlərə söykənir. Vətəndaş üçün hər bir yaxşı şəraitin yaradılması hökumət üçün vacib məsələlərdən biridir”.

08.05.14.1 08.05.14.7

Tədbirdə çıxış edən digər iştirakçılar Ulu öndərin Azərbaycan xalqının sosial, iqtisadi, siyasi həyatındakı əvəzsiz xidmətlərindən söhbət açmış, ümummilli liderin keçdiyi həyat yoluna nəzər salmışlar.

FAYDALI KEÇİDLƏR