AZ | RU | EN
AZ | EN | RU

Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Bakıda səfərdədir

18 May 2016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvəti ilə Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti ölkəmizə gəlib.

Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək,  AHİK rəhbərliyi ilə görüşəcək, Azərbaycan Həmkarlar İttifaqlarının işi ilə tanış olacaq,  eyni zamanda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiysında görüşlər keçirəcək,   həmçinin “Qobustan” Etnoqrafik müzeyində, “İçərişəhər” Dövlət qoruğunda, Xalça müzeyində və Tarix müzeyində olacaqlar.
Qeyd edək ki, Ümumyunan Əmək Konfederasiyası  Yunanıstanda ən  ali həmkarlar ittifaqları orqanıdır. Bu təşkilat 1918-ci ildə təsis edilib, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.  Ümumyunan Əmək Konfederasiyasının üzvlərinin sayı  450 mindir.   Konfederasiya Yunanıstanın dövlət sahələrində, eləcə də özəl sektorda fəaliyyət göstərən bütün işçilərini müdafiə edir.   Belə ki, Konfederasiya, işəgötürən və hökumət ilə baş sazişin  imzalanması üçün danışıqlar aparır. Eləcə də ehtiyac yarandığı halda özəl sektorun bütün işçilərini tətil etməyə çağırmaq imkanına malikdir.
Bundan başqa, Ümumyunan Əmək Konfederasiyası problemlərin həlli yolunda ona dəstək ola biləcək bir sıra institutlar da  yaradıbdır. Bu institutlardan biri dövlət sektorunda işəgötürənlərlə məşğul olur, digəri mübahisəli məsələlərdə elmi məlumatların istifadəsi və hesabatların aparılmasında yardımçı olur, başqa biri bütün Yunanıstan ərazisində işçilər və işsiz insanları pulsuz məlumat və hüquqi məsləhətlərlə təmin edir və s. Bugün Ümumyunan Əmək Konfederasiyasının  üzləşdiyi ən vacib məsələlərə işsizlik, davamlı sosial sığorta və davamlı sosial iqtisadi artım daxildir. 2010-cu ildə Yunanıstanda dövlət böhranı baş verəndə Ümumyunan Əmək Konfederasiyası 2010-cu il Avropa Birliyi –Beynəlxalq Valyuta Fondu –Avropa Mərkəzi Bankı (TROYKA)  memorandumunu əsas tutaraq özəl sektorda əmək hüquqlarının qorunması və müdafiəsi yönündə əvəzedilməz rol oynayıb.
Bugün Ümumyunan Əmək Konfederasiyasının  üzləşdiyi ən vacib məsələlərə işsizlik, davamlı sosial sığorta və davamlı sosial iqtisadi artım daxildir. 2010-cu ildə Yunanıstanda dövlət böhranı baş verəndə Ümumyunan Əmək Konfederasiyası 2010-cu il Avropa Birliyi –Beynəlxalq Valyuta Fondu –Avropa Mərkəzi Bankı (TROYKA)  memorandumunu əsas tutaraq özəl sektorda əmək hüquqlarının qorunması və müdafiəsi yönündə əvəzedilməz rol oynayıb.
Son dövrlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ümumyunan Əmək Konfederasiyası arasında münasibətlər daha da inkişaf edibdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti 2010-cu ildə Ümumyunan Əmək Konfederasiyasının qurultayında iştirak edib. 2014-cü ilin noyabr ayında isə AHİK sədri, millət vəkili Səttar Mehbaliyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda işgüzar səfərdə olub.  Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti isə AHİK-in 2008-ci ildə keçirilmiş qurultayında iştirak edib
Yunanıstan nümayəndə heyətinin ölkəmizə səfəri mayın 22-dək davam edəcəkdir.

FAYDALI KEÇİDLƏR