AZ | RU | EN
AZ | EN | RU

Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyətinin AHİK-də görüşü oldu

19 May 2016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvətilə ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti mayın 19-da AHİK-də qəbul edilib.

Konfederasiyanın sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq  onlara Azərbaycan Həmkarlar İttifaqlarının işi, fəaliyyəti barədə məlumat verib. AHİK sədri daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ümumyunan Əmək Konfederasiyası arasında münasibətlərin son dövrlərdə daha da inkişaf etdiyini xüsusi vurğulayıb. 2014-cü ilin noyabr ayında Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyətinin Yunanıstana işgüzar səfərini xatırladan S.Mehbalıyev ölkənin müxtəlif həmkarlar ittifaqı mərkəzlərində keçirdikləri görüşlərdən məmnunluqla söhbət açaraq həmin görüşlərin hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Yunanıstan nümayəndə heyətinin ölkəmizə indiki səfərinin işgüzar əlaqələrin inkişafına daha bir təkan verəcəyinə əminliyini vurğulayıb.
Yunanıstan nümayəndə heyətinin rəhbəri, Ümumyunan Əmək Konfederasiyasının prezidenti Yanis Panaqopolus Azərbaycanda səmimi qarşılandıqlarına görə nümayəndə heyəti adından minnətdarlığını bildirrib, bir sıra dövlət idarələrində və ictimai təşkilatlarda səmərəli və işgüzar görüşlər keçirdiklərini, Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti ilə yaxından tanış olduqlarını, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkənin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacağını xüsusi vurğulayıb. Nümayəndə heyətinin başçısı onu da bildirib ki, Azərbaycan və Yunanıstan həmkarlar ittifaqları arasındakı işgüzar əməkdaşlıq  ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsi işinə də  öz töhfələrini verir.  Azərbaycan və Türkiyə hökumətləri arasında Trans – Anadolu qaz kəməri layihəsi (TANAP) ilə bağlı sazişin imzalanmasını yüksək qiymətləndirən Yanis Panaqopolus təbii qazın Türkiyə vasitəsilə tranziti  və Avropaya nəql edilməsinin ölkəsində yüksək razılıq hissi qarşılandığını diqqətə çatdırıb və eyni zamanda ARDNŞ-in Yunanıstanla bağlı irihəcmli layihələrini alqışlayıb.

FAYDALI KEÇİDLƏR