Universiada qalibləri mükafatlandırılmışdır
03 Jun 2011
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir.
Məlumat üçün qeyd edək ki, ali məktəb tələbələrinin Respublika Universiadası 1993-cü ildən başlayaraq iki ildən bir keçirilir. Ali məktəb tələbələrinin X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilmişdir. Yarışlara 21 ali məktəbin tələbələri qoşulmuşdur. Minlərlə gəncin iştirakçısı olduğu yarışın final mərhələsində 1450 nəfər tələbə öz gücünü sınamışdır.
Qeyd edək ki, Respublika Universiadasının keçirilməsində əsas məqsədlərdən biri 12-23 avqust 2011-ci il tarixində Çin Xalq Respublikasının Senjen şəhərində keçiriləcək Tələbələrin Ümumdünya Universiadasına hazırlıqdır.