V.Şerbakov: “ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyaı cəmiyyətdə mövqe tutan nüfuzlu, etibarlı təşkilatdır”
10 Apr 2012
İştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən UHİK-in Baş katibi Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinə yüksək qiymət vemişdir. Respublikamıza səfərinin özünün növbəti gəlişlərindən biri olduğunu vurğulayan V.Şerbakov demişdir ki, Azərbaycanın sosial-iqtisadi sahədə sürətlə inkişafı nəticəsində ölkənin qüdrətinin get-gedə daha da artdığını hər yeni gəlişimizdə açıq –aydın hiss edirik. Azərbaycan nəinki keçmiş sovet məkanında, eləcə də dünyada sürətlə inkişaf etməkdə olan ölkələrdən biridir. Kim burada bir dəfə olubsa bu gözəl ölkədə və onun beynəlmiləl, demokratik və daim insanların üzünə açıq olan paytaxtına yenidən gəlməyə can atır. Burada fəhlə hərəkatının ənənələri qədim və sarsılmazdır, insanlar mübarizə üçün silahdaşlar və dostlarla görüşməyə həmişə hazırdırlar.
Öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəmiyyətdə möhkəm mövqe tutan nüfuzlu, etibarlı bir təşkilat kimi səciyyələndirən V.Şerbakov özünün Bakıya ötən səfərini xatırlayaraq məmnunluq hissi ilə qeyd etmişdir ki, Azərbaycanlı həmkarların qonaqpərvərliyi, yüksək hazırlığı nəticəsində 2010-cu il noyabrın 23-də Bakıda ÜHİK-in İcraiyyə Komitəsinin iclası yüksək səviyyədə keçirildi. Bu iclasın qərarlarında qeyd olundu ki, Azərbaycan Həmkarlar İttifaqlarının sosial dialoqun inkişafına böyük dəyər verməsi təcrübəsindən ÜHİK-in üzv təşkilatları da istifadə etməlidirlər.
O, demişdir ki, işçilərin təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətində ölkənin Prezidenti İlham Əliyevin möhkəm dəstəyinin olmasının çox vacib rolu vardır. Bu da cəmiyyətdə həmkarlar ittifaqlarının nüfuzunun və sosial təşəbbüslərinin möhkəmlənməsinə gətirib çıxarır. Mən bu tribunadan böyük həvəslə xatırlatmaq istəyirəm ki, ÜHİK İcraiyyə Komitəsinin qərarı ilə İlham Heydər oğlu Əliyev «Həmkarlar ittifaqları hərəkatı qarşısındakı xidmətlərinə görə» Fəxri qızıl nişanla təltif edilmişdir.
Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətindən bəhs edən ÜHİK-in Baş katibi öz çıxışında bildirmişdir ki, AHİK öz sıralarını möhkəmləndirməkdən ötrü daim təşkilati-maliyyə sistemindən istifadə edir. Üzvlərin sayı artır, yeni ilk təşkilatlar yaradılır, sahə həmkarlar ittifaqlarının gücləndirilməsi sahəsində uğurlar əldə olunur. Kadrların təhsili sistemi yaradılır. Həmkarlar ittifaqları özlərini transmilli korporasiyalarda inamlı hiss edirlər. Onlar tərəfindən iş yerlərində işçilərin müxtəlif növ hüquq pozuntularının, işçi qadınların hüquqlarının pozulmasının qarşısını almaq üçün məqsədyönlü işlər aparılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin iqtisadi, siyasi və sosial modernləşdirmə üzrə strateji kursunun həyata keçirilməsində dövlət strukturları ilə çox fəal və qarşılıqlı fəaliyyət göstərir. İşçilərin maraqlarının və sosial-iqtisadi hüquqlarının təmin edilməsi məqsədilə həmkarlar ittifaqlarının parlamentlə sıx əlaqəsini, qanunvericilik proseslərində iştirakını ən vacib faktorlardan biri hesab etmək olar.
V.Şerbakov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevın istər fəaliyyəti, istərsə də insani keyfiyyətləri haqqında da öz ürək sözlərini çatdıraraq demişdir ki, həm xalq tərəfindən seçilmiş millət vəkili, həm də həmkarlar ittifaqları mərkəzinin rəhbəri kimi vəzifələrdə çalışmaq S. Mehbalıyevin üzərində duran çox böyük məsuliyyət yüküdür. Hesab edirəm ki, o, bu işlərin öhdəsindən çox gözəl gəlir, yəni həm sizin Konfederasiyaya, həm də bütün MDB ölkələrinin həmkarlar ittifaqları hərəkatlarına çox yaxşı töhfələr verir. S.Mehbalıyev millət vəkili, böyük dövlət xadimi olmağına baxmayaraq, sözün əsl mənasında işçilərin ümidlərini və qayğılarını dərindən başa düşən həmkarlar ittifaqı lideri olaraq qalır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konederasiyasının üzvü olaraq beynəlxalq həmkarlar ittifaqları hərəkatında çox fəal iştirak edir. Bizim böyük üzv təşkilatı olmaqla ÜHİK-in fəaliyyətində, MDB ölkələrinin həmkarlar ittifaqlarının həmrəyliyi və dostluğunun inkişafında böyük töhfələr verir.
Biz əmək insanlarının maraqları və hüquqları uğrunda mübarizədə müvəffəqiyyətlər əldə etməyə, əməkdaşlığımızın gələcəkdə də sıx inkişafına çox əminik.