AZ | RU | EN
AZ | EN | RU

Bakıda Beynəlxalq İctimai Birlik – Ticarət, İctimai İaşə, Kooperasiya İşçiləri Həmkarlar İttifaqları Konfedrasiyasının səyyar Şurası keçirilir

25 May 2010

107Mayın 25-29 -da keçiriləcək Şuranın iclasında Azərbaycan, Belorusiya, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya və Moskva şəhər Ticarət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitələrinin və Federasiyalarının sədrləri iştirak edirlər.

Şuranın iclasında ticarət və istehsal-istehlak sahələrində MDB ölkələrində həmkarlar ittifaqları hərəkatının gücləndirilməsi, MDB ölkələrində ticarət sahəsində işçilərin əməyinin mühafizəsi və sağlamlığı istiqamətində həmkarlar ittifaqlarının əsas vəzifələri, Ticarət İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının IV Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti haqqında və digər məsələlərin müzakirəsi yer alacaqdır.

Səyyar Şuranın iştirakçiları öncə Fəxri Xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş, xatirəsini yad etmişlər. Daha sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə öz ehtiramlarını bildirmiş,məzarları üstünə güllər düzmüşlər.Bakının mənzərələrini seyr edən qonaqlara paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən görüşdə Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq onlara respublika həmkarlar təşkilatının strukturu və fəaliyyəti barədə məlumat vermişdir. O,bildirmişdir ki, sıralarında 1 milyon 600 min üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları dünya həmkarlar hərəkatına fəal inteqrasiya edir. AHİK öz fəaliyyəti dövründə dünyanın 30-dan çox ölkəsinin həmkarları ilə ikitərəfli konstruktiv əlaqələr qurmuşdur, Beynəlxalq Həmkarlar Konfederasiyasının, Ümum Həmkarlar Konfederasiyasının üzvüdür və həmin qurumlar vasitəsilə dünyanın həmkarlar mərkəzləri ilə həmrəyliyini nümayiş etdirir.

Ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə danışan S.Mehbalıyev öz çıxışında qeyd etmişdir ki, dünya maliyyə böhranına baxmayaraq respublikamızda həyata keçirilən bütün irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir,yoxsulluq və işsizliyin sayı ilbəil azalmaqdadır.

Ticarət, İctimai İaşə və Kooperasiya İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının növbəti səyyar iclasının Bakıda keçirilməsindən məmnunluq duyduğunu dilə gətirən Konfederasya sədri öz əminliyini bildirmişdir ki, belə tədbirlər həmkarların cəmiyyətin bütün sahələrində rolunun daha da təkmilləşməsinə yönələn addımlardır.

Beynəlxalq Ticarət İşçiləri Həmkarlar İttifaqları Konfederasiyaının sədri V.Mitrofanova səmimi qəbul üçün təşəkkürünü bildirmiş və çıxışında maliyyə böhranı səbəbindən dünyada çoxlu sayda şirkətlərin öz fəaliyyətini dayandırmasını, bununla əlaqədar işsizliyn artmasının böyük problem olduğunu və həmkarlar ittifaqlarının bu məsələnin həllində yaxından iştirak etmələrinin vacibliyini önə çəkmişdir. Xanım V.Mitrofanova həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bu böhrandan uğurla çıxdığını qeyd etmiş, Bakıda aparılan abadlıq-quruculuq işlərini Azərbaycanın sosial-inkişafının bir nümunəsi kimi qiymətləndirmişdir.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunmuşdur.

 

xid-is1 xid-is2
107 xid-is4

FAYDALI KEÇİDLƏR