AZ | RU | EN

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

26 Feb 2018

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, həlak olanların ruhuna ehtiramlarını bildiriblər.