AZ | RU | EN
AZ | EN | RU

Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqından aztəminatlı ailələrə dəstək

23 Apr 2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının xidmətində olan təşkilatlar tərəfindən əhaliyə ərzaq məhsullarından ibarət sovqatların verilməsi davam etdirilib. 

Növbəti belə bir aksiya 44 №li Yol İstismarı" MMC HİK tərəfindən, eləcə də Gəncə Qərb zonası YT İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə keçirilib. Gəncə şəhərində, eləcə də bir sıra kəndlərdə aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan ahıl, sosial təcrid olunmuş şəxslərə ərzaq yardımı göstərilib. Sakinlərə xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib və bu qaydalara riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.

FAYDALI KEÇİDLƏR