AZ | RU | EN
AZ | EN | RU

Yol xəritələrini təsdiqləyən ilk dövlət - Azərbaycan

18 Oct 2019

Oktyabrın 18-də Şəki şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda növbəti seminar keçirilib.

Əvvəlcə seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verilib. Deyilib ki, Azərbaycan dövləti, eləcə də AHİK BƏT-in bu təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Məqsədlərin daha yaxşı mənimsənilməsi üçün Azərbaycan həmkarlar ittifaqları ölkəmizdə geniş maarifləndirmə işləri aparır. Tərəfdaşları ilə birlikdə müxtəlif layihələr hazırlayıb həyata keçirir.
Bildirilib ki, respublikamızda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Şura Milli Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə görüşlər keçirib, Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar hazırlanıb. Azərbaycan regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkədir. Məhz buna görə də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkələr sırasına daxil olub.

AHİK-in şöbə müdiri Namiq Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə edilən nailiyyətlər haqqında danışıb. Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya Qarayeva seminar iştirakçılarını BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan hökumətinin ikinci milli könüllü hesabatı-əsas çağırışları ilə tanış edib.
Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında diskussiyalar keçirilib.
Seminarın işində Şəki şəhərinin və ətraf rayonların həmkarlar ittifaqı fəalları iştirak edib.

FAYDALI KEÇİDLƏR