AZ | RU | EN
AZ | EN | RU

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

"Şəhidlərin xatirəsi daim uca tutulacaqdır"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. 
ARDINI OXU

Daha iki şəhid övladı himayəyə götürüldü

AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.
ARDINI OXU

Respublika Komitəsinə yeni sədr seçildi

Sentyabrın 2-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayn plenumu keçirilib. 
ARDINI OXU

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirildi

Avqustun 31-də Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın onlayn iclası keçirilib. Yaxın vaxtlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında”  155 nömrəli Konvensiyasının da ölkəmiz tərəfindən ratifikasiyası gözlənilir. 
ARDINI OXU

Cocuq Mərcanlı və Horadizdə yardım aksiyası keçirilib

COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Cocuq Mərcanlı və Horadiz qəsəbəsində məskunlaşmış Cəbrayıl və Füzuli rayonlarından olan aztəminatlı, şəhid, əlil və rabitəçi məcburi köçkün ailələrinə ərzaq yardımı paketi paylanılıb.
ARDINI OXU

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı şəhid Orxan Həmidovun iki övladını himayəyə götürüb

Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun 2 övladı Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı (FHN HİK) tərəfindən himayəyə götürülüb
ARDINI OXU

Mərhəmət ünvanı, ən yaxın silahdaş

İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlər ilə əbədiyaşar olur. Yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adını tarixə qızıl hərflərlə yazdırır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
ARDINI OXU

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Hİ Respublika Komitəsinə yeni sədr seçilib

Avqustun 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının III Plenumu keçirilib. 
ARDINI OXU

AHİK sədrinin jurnalistlərlə mətbuat konfransı keçirilib

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirib.
ARDINI OXU

AHİK İcraiyyə Komitəsinin onlayn iclası keçirilib

Avqustun 13-də AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. İclası açan qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev  gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib.
ARDINI OXU

Salyan və Şəki rayonlarında bayram sovqatı paylanılıb

Qurban Bayramı münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Səlyan və Şəki rayon Komitəsinin təşkilatçılığı ilə çoxsaylı üzvlərə qurban payı paylanıldı.
ARDINI OXU

101 ailəyə bayram sovqatı təqdim edilib

İyulun 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yardım aksiyası təşkil edilib. 
ARDINI OXU

FAYDALI KEÇİDLƏR