Səttar Möhbalıyev Beynəlxalq Təhsil Birliyinin və Türkiyə Həmkarlar İttifaqlarının nümayəndə heyətini qəbul edib
17 Feb 2020
Fevralın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Bakıda işgüzar səfərdə olan Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Flokeni və Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qeyd edək ki, qonaqların Azərbaycana səfərində məqsəd
Türk “Egitim-Sen”, “Egitim Bir-Sen” Həmkarlar İttifaqlarının Beynəlxalq Təhsil
Birliyinə üzv qəbul edilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi bu prosesdə ev
sahibi və vasitəçi kimi çıxış edir.
Görüşdə
S.Möhbalıyev qonaqları səmimi salamlayıb, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin(ATİAHİ) beynəlxalq əlaqələrin genişləndirilməsi ilə
bağlı əldə etdiyi uğurlardan, ATİAHİ Respublika Komitəsinin Beynəlxalq Təhsil
Birliyi və Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyi ilə həyata
keçirdiyi birgə layihələrdən danışıb. Bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı 2000-ci ildən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə
Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin üzvüdür.
Hal-hazırda da əməkdaşlığımız yüksək səviyyədə davam etdirilir. Bizim beynəlxalq
əlaqələrimizin inkişafında bu qurumların önəmli yeri vardır. Hazırda 50-dən artıq
ölkə ilə əlaqələrimiz vardır. ATİAHİ
Respublika Komitəsinin sədr müavini Beynəlxalq Təhsil Birliyi İcraiyyə Komitəsinin
üzvüdür. Birlik tərəfindən bizim ölkəmizdə də bir çox beynəlxalq seminarlar təşkil
edilib.
AHİK sədri deyib ki, biz bu tədbirlər nəticəsində dünya həmkarlar
ittifaqlarının həyatında baş verən hadisələri diqqətlə izləyirik, təcrübələrimizi
artırırıq, əməkdaşlığımızı inkişaf etdiririk. Əminəm ki, bu səpkidə tədbirlərimiz
davamlı olacaq. Bildirim ki, biz Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası
və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq Azərbaycanda və
başqa ölkələrdə təşkil olunan tədbirlərdə donor kimi iştirak etməyə həmişə
hazırıq. Belə seminarların keçirilməsinə bizim də ehtiyacımız vardır. Ümid edirəm
ki, Beynəlxalq Təhsil Birliyinin İcraiyyə Komitəsi təkliflərimizi nəzərə alacaq
və 2020-ci ilin iş planına daxil edəcəkdir.
Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə
direktoru Syuzan Floken öz çıxışında belə möhtəşəm əlaqələrin qurulmasında ev
sahibliyi etdiyi üçün AHİK rəhbərliyinə və Təhsil işçiləri Azad Həmkarlar
İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib.Deyib ki, sizin Beynəlxalq Təhsil Birliyinə
üzvlüyünüz bizim üçün də əlamətdardır. Bizim digər ölkələrlə əməkdaşlığımızda
sizin təşkilatın əməyi danılmazdır. Belə ki, sizin qonşu ölkələrlə yüksək əlaqələrə
malik olmağınız bizim üçün də geniş imkanlar yaradır. Məhz bu inkişafa görə şəxsən
sizə minnətdarlığımızı bildirirəm.
Xanım S. Floken bildirib ki, biz sizin sayənizdə Türkiyəli
tərəfdaşlarımızla tanış olduq. Düşünürəm ki, onlarla görüşüb əməkdaşlıq
mövzularını müzakirə edəcəyik.
Azərbaycan bizim üçün çox önəmli ölkədir və düzgün qeyd
etdiniz ki, əməkdaşlıq əlaqələrimiz hər iki tərəf üçün çox önəmlidir. Sizin təklifinizə
cavab olaraq bildirim ki, bu ilin iş planına Azərbaycanla növbəti birgə tədbirimizin
keçirilməsini əlavə edəcəyik. Ümidvaram ki, bu il Azərbaycanda növbəti mötəbər
tədbirimizi təşkil edəcəyik.
Görüşdə həmçinin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar
İttifaqı Birliyinin və Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri
Talip Geylan da çıxış edib.
Daha sonra bir sıra beynəlxalq məsələlər də müzakirə
edilib.