2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilib
02 Feb 2016
2 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan
Respublikası fövqəladə hallar nazirinin müavini, tibb xidməti
general-leytenantı Faiq Tağı-zadə, fövqəladə hallar nazirinin müavini
general-leytenant Etibar Mirzəyev, gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər
təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin
Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdən öncə
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoyuldu. Sonra tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar
İttifaqının sədri Mehman İsmayılov çıxışında xalqımızın ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi
qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etdi.
Çıxış edən gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov gənclərin Azərbaycanın inkişafında
böyük rol oynadıqlarını qeyd etdi.
Prezident Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun
müdiri Vüsal Quliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin
misilsiz rolu olduğunu bildirdi və
qeyd etdi ki, hələ sovet
dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında,
uğurlu karyeraya nail olmasında ümummilli liderin xüsusi əməyinin olub. Bu gün
isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın
bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu
söylədi. Sədr müavini vurğuladı ki, bu gün Azərbaycan gənclərinin
qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən
hər cür şərait yaradılıb.
Tədbirdə çıxış
edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gənclərə xalqa xidmət
istiqamətində gördükləri işlərdə uğurlar arzuladı və bildirdi
ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra gənclər
xüsusi diqqət və qayğı ilə əhatə olunub və bu gün də möhtərəm Prezident İlham
Əliyev gənclərə xüsusi diqqət göstərir.
Çıxışlardan
sonra Fövqəladə Hallar Nazirliyində çalışan, vəzifə borcunu layiqincə yerinə
yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.