20 Yanvar faciəsinin 30-cu ili
20 Jan 2020
Bu gün minlərlə insan Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib.
Artıq 30-cu ildir ki, Xiyabana gələn paytaxt sakinləri şəhid
məzarları önünə tər qərənfillər düzür, 20 Yanvar faciəsində həlak olan qəhrəman
Vətən övladlarının xatirəsini böyük ehtiramla yad edirlər.
Həmin gün Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları
da Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib,
xatirələrini dərin ehtiramla anıblar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
baş vermiş qanlı hadisələrdən 30 il ötür. 30 il əvvəl Azadlıq meydanına və
paytaxtın küçələrinə yeridilən sovet qoşunları öz silahlarını, ağır texnikasını
dinc sakinlərə, əliyalın vətənsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.