AZ | RU | EN
AZ | EN | RU

AHİK-də əlaçı tələbələrə adlı təqaüdlər təqdim edilib

26 Oct 2016

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəal olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləi Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə təhsilin inkişafına xüsusi dövlət qayğısından danışıb.

Dövlət gənclər siyasətinin uğurlu nəticələrindən söz açan S.Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi qurum gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirir. Bununla yanaşı aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılır. Belə ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin edilir.

Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib.
Mərasimdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərində yerləşən 19 ali məktəbin 58 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib.

Qeyd etmək lazımdır ki, təsis olunduğu vaxtdan bu günə qədər 1968 tələbə bu ada layiq görülüb.
 Sonda S.Mehbalıyev adlı təqaüdə layiq görülmüş tələbələri təbrik edib və təhsildə, ictimai işlərində uğurlar arzulayıb.

FAYDALI KEÇİDLƏR