AZ | RU | EN
AZ | EN | RU

AHİK-də onlayn iclas-müşavirə keçirilib

23 Apr 2020

Aprelin 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) onlayn iclas-müşavirə keçirilib.

 AHİK-in sədri, Milli Məclisin deputatı  Səttar Möhbalıyev İcraiyyə Komitəsinin gündəliyində duran məsələlərlə bağlı iştirakçılara məlumat verib. Bir sıra statistik, maliyyə hesabatları, AHİK-in tabeliyində olan təşkilatların fəaliyyəti ilə bağlı arayışlar, ilin iqtisadi yekunları ilə bağlı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.  İclas-müşavirədə bu gün gündəmdə olan koronovirusla bağlı məsələlər, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sahədə keçirdiyi tədbirlər və bu tədbirlərin hər bir həmkarlar ittifaqı üzvü tərəfindən rəğbətlə qarşılanması, həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr, atılacaq addımlar barədə geniş məlumat verilib.

 Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, xalqın, hər bir həmkarlar ittifaqı üzvünün, aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Hər bir həmkarlar ittifaqı təşkilatı,  həmkarlar ittifaq orqanlarının rəhbərləri ölkə Prezidentinin qərarlarının yerinə yetirilməsində yaxından iştirak etməli, pandemiya şəraitində karantin məhdudiyyətlərinə hər kəs tərəfindən əməl edilməsi üçün işlər genişləndirilməli, aztəminatlı ailələrə, yaşlı insanlara maddi yardımların göstərilməsi işi daha da genişləndirilməlidir.

Səttar Möhbalıyev eyni zamanda qısa müddətdə həmkarlar ittifaqı orqanlarının həyata keçirdikləri tədbirlər, göstərdikləri yardımlar barədə müşavirə iştirakçılarına məlumat verib.  Qeyd edib ki, bu günə qədər həmkarlar ittifaqlarının bütün təşkilatları tərəfindən bu məqsədlə bir milyon manatdan artıq vəsait xərclənib. 3400-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımları göstərilib. 120 min manat məbləğində qoruyucu vasitələr alınıb paylanılıb. 530 min manat məbləğində vəsait Koronavirusla bağlı tədbirlərin həyata keçirilməsi üçün ianə edilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əmək haqqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmişlər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Fonda 352 min 500 manat vəsait köçürülmüşdür.

AHİK sədri daha sonra bildirib ki,   AHİK  tərəfindən respublikanın bütün bölgələrndə üç minə yaxın aztəminatlı ailələrə ərzaq sovqatlarının paylanması həyata keçiriləcəkdir. Ərzaq sovqatlarının tərkibi hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarət olacaqdır. AHİK tərəfindən göstərilən bu yardımlardan əlavə,  Sahə Həmkarlar İttifaqları və ilk təşkilatlar da yerlərdə bu təşəbbüslərə geniş şəkildə qoşulmuş və bu istiqamətdə işlərini davam etdirirlər.         Müşavirənin sonunda AHİK sədri görülən işlərə görə bütün həmkarlar ittifaqı təşkilatlarına təşəkkürünü bildirmiş və bu humanist tədbirlərin  davam etdirilməsini vacib  vəzifə kimi iclas iştirakçılarının qarşısında qoymuşdur. 

FAYDALI KEÇİDLƏR