AHİK-də Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
02 Nov 2020
2020-ci il noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.
Görüşdə Türkiyə İşçi Həmkarlar İttifaqları Təşkilatları
Konfederasiyası (TÜRK-İŞ), İşçilərin Həmkarlar İttifaqları Təşkilatları
Konfederasiyası (HAK-İŞ), İşəgötürənlər Həmkarlar İttifaqları Təşkilatları
Konfeederasiyası (TİSK), İctimai İşçilərin Həmkarlar İttifaqları Təşkilatları
Konfederasiyası (T. KAMU-SEN), Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Təşkilatları
Konfederasiyasının (MEMUR-SEN) rəhbərləri iştirak ediblər.
Qonaqları salamlayan S. Möhbalıyev bildirib
ki, sentyabrın 27-dən
başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu hücuma keçməsi ilə əlaqədar
olaraq Azərbaycan Respublikasının Silahlı qüvvələri əks-hücum əməliyyüatına
başlamışdır. Ermənistan silahlı qüvvələrindən
fərqli olaraq Azərbaycan ordusu yalnız qarşı tərəfin atəş nöqtələrini
susdurmaqdadır. Nəticədə, sizə də məlumdur ki, işğal olunmuş ərazilərimizin bir
hissəsi, o cümlədən 4 şəhər, 3 qəsəbə, 200-ə yaxın kənd işğalçılardan azad
edilmiş, strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklər ordumuzun nəzarətinə
keçmişdir.
Fürsətdən
istifadə edərək Azərbaycanın haqq savaşına Türkiyə Respublikasının prezidenti
hörmətli Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk qardaşlarımız tərəfindən
tərəddüdsüz olaraq dəstək göstərdiklərinə görə onlara minnətdarlığımı bildirirəm.
Hesab edirəm ki, bizim qardaşlığımız dönməzdir və əbədidir.
AHİK sədri daha sonra deyib ki, Ermənistan tərəfi
atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş silahlar tətbiq
edirlər. Erməni faşistlərinin həyata keçirdikləri bu taktika nətcəsində isə
yalnız dinc əhali zərər çəkmiş olur. 4,
11 və 17 oktyabr tarixlərində cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə
qadağan olunmuş raketlərdən atəş açmaqla, 10 qadın, 6 uşaq olmaqla 26 nəfər qətlə
yetirilmişdir. Eyni zamanda 27-28 oktyabr tarixlərində Bərdə şəhərinə erməni
vandalları tərəfindən edilən hücum nəticəsində də 26 nəfər mülki şəxs həlak olmuş,
70-ə yaxın şəxs isə yaralanmışdır. Hər iki şəhərdə yerləşən mülki infrastruktur
obyektləri, çoxmənzilli yaşayış binaları, şəxsi evlər və nəqliyyat vasitələri
xeyli ziyan çəkmişlər.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağcabədi. Goranboy,
Naftalan, Ağdam, Göygöl rayonlarına
endirilən raket zərbələri nəticəsində də
mülki şəxslər həlak olmaqla yanaşı, onların şəxsi əmlakları, o cümlədən
yaşayış evləri və digər əmlakları xeyli zərər görmüşdür. Ümumilikdə hərbi əməliyyatlar
başlandığı dövrdən bu günədək erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı həyata
keçirdiyi vandalizm hərəkətləri nəticəsində 90 nəfər sakin qətlə yetirilmiş, 392 nəfər yaralanmış,
2406 yaşayış evləri, 92 çoxmərtəbəli yaşayış binası, 423 mülki obyekt yararsız
vəziyyətə düşmüşdür.
Törədilən bu vəhşiliklər, 1949-cu il Cenevrə
konvensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın XX əsrin
əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam
etdirilməsinin sübutudur.
Ermənistan rəhbərliyinin cəbhə xəttindən
uzaqda yerləşən və heç bir hərbi obyekt olmayan əraziləri atəşə tutmaqda əsas məqsədləri
həmin ərazilərdə yaşayan əhali içərisində təşviş yaratmaqdır. Lakin onlar
unudurlar ki, hazırki Azərbaycan keçən əsrin 90-cı illərdə müstəqilliyini yenicə
qazanmış Azərbaycan deyildir.
Bu gün Azərbaycan prezidenti Ali baş
Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan vardır. Bununla
yanaşı ermənilər bu gün davam edən əməliyyatlara üçüncü tərəfi də cəlb etmək məqsədini
güdürlər. Lakin onlar unudurlar ki, bu gün Azərbaycanın yanında Türkiyə
Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə dayanıb.
Təbii ki, Ermənistan hansı məqsədləri güdməsindən
asılı olmayaraq onların silahlı qüvvələri Azərbaycan ordusu qarşısında diz
çöküblər. Ermənistan Azərbaycana qarşı törətdikləri bütün əməllərə cavab verməli
olacaqlar.
Dünya ictimaiyyətinə də məlumdur ki ermənilərin
mülki əhaliyə qarşı ballistik raketlərdən, kasset bombalardan, qadağan olunmuş
silahlardan istifadə etməsi cinayətdir. Onların törətdikləri bu cinayətlərlə
bağlı Azərbaycan hökuməti tərəfindən beynəlxalq təşkilatlara hesabatlar, müraciətlər
və bəyanatlar təqdim edilmişdir. Həmin hesabatlar müvafiq beynəlxalq təşkilatlar
tərəfindən təhlil edilməli, insanlığa qarşı cinayət və humanitar hüququn
pozulması ilə bağlı Ermənistan hökumətini idarə edən və bu qərarları verən şəxslərin
məsuliyyətə cəlb edilməsi təmin edilməlidir.
Hesab edirəm ki, bu, belə də olacaqdır.
İnanıram ki, yaxın vaxtlarda bizim müzəffər ordumuz Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa və Xankəndi
də daxil olmaqla keçmiş Dağlıq Qarabağ vilayətinin bütün yaşayış məntəqələrində
Azərbaycan bayrağını dalğalandıracaqdır.
Sonra çıxış edən qonaqlar bildiriblər ki,
ermənilərin atdıqları bütün addımlar məqsədyönlü olduğu dünya ictimaiyyətinə də
məlumdur. Beynəlxalq ictimaiyyət yaxşı anlayır ki, mülki əhaliyə qarşı
ballistik raketlərdən, kaset bombalardan, qadağan olunmuş silahlardan istifadə
cinayətdir. Beynəlxalq humanitar hüququ pozaraq insanlığa qarşı cinayət törədən
Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb edilməlidirlər.
Qonaqlar,
həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, bu haqq
mübarizəsində daim qardaş ölkəni dəstəkləyəcəyini bildiriblər.