AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Türkiyənin “Egitim Bir-Sen” və “Məmur Sen” Həmkarlar İttifaqlarının nümayəndələri ilə görüş olub

17 Feb 2020

Fevralın 17-də AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Türkiyənin  “Egitim Bir-Sen” və “Məmur Sen” Həmkarlar İttifaqlarının sədri Ali Yalçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Qonaqları salamlayan AHİK sədri bildirib ki, sizin ölkəmizə xoşməramlı səfərinizi yüksək qiymətləndiririk.  Belə ki, sizin də, bizim də məqsədimiz təmsil etdiyiniz qurumun AvropaTəhsil  Birliyinə üzvlüyünüzlə bağlı məsələləri müzakirə etməkdir.  Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik. Sözügedən məsələlərlə bağlı Avropa Təhsil Birliyinin rəhbərliyi ilə görüşlər keçirmişik. Hesab edirik ki, Türkiyə sendikalarının bu qurumda təmsil olunması hər iki tərəf üçün uğurlu nəticələrə gətirib çıxaracaq.  Avropa Təhsil Birliynin rəhbərliyi də də  öz növbəsində bu əməkdaşlığın perspektivlərinə inandıqlarını ifadə edir. Bu günlər ərzində həm sizin  təşkilatın və həm də Avropa Təhsil Birliyinin nümayəndələrinin iştirakı ilə  görüşün keçirilməsi nəzərdə tutulub.

S. Möhbalıyev qonaqların diqqətinə çatdırıb ki, türkiyəli həmkarlarımızın Avropada fəaliyyət göstərən qurumlara üzv olması Azərbaycan üçün də əhəmiyyət  kəsb edir. Bildirib ki, biz bu məsələlər ətrafında 2 ildən çoxdur ki, danışıqlar aparırıq. Hər səfərimizdə türkiyəli həmkarlarımızın Avropa Təhsil Birliyinə üzvlüyü  müzakirə mövzumuz olub. Nəhayət sonuncu görüşdə bildirildi ki, bu məsələnin həlli üçün Bakı ən ideal ünvandır. Hazırda Birliyin rəhbərliyi də Bakıdadır. Avropa, Azərbaycan və Türkiyəli təhsil işçiləri həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə görüşümüz təşkil olunacaq və təşkilatınızın Avropa Təhsil Birliyinə üzvlük məsələləri müzakirə olunacaq.

Cənab Ali Yalçın cavab sözündə bildirib ki, belə bir görüşü Azərbaycanda gerçəkləşdirməmiz bizim üçün fəxarətdir. Bu ali addımı yalnız azərbaycanlı qardaşlarımız ata bilərdi. Bu səbəbdən Türkiyəyə göstərdiyiniz diqqət və qayğı bizləri qürurlandırır və bizə bu qüruru yaşatdığınız üçün sizlərə dərin minnətdarlığımızı ifadə edirəm.
Görüşdə daha sonra hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub.

FAYDALI KEÇİDLƏR