AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

08 May 2019

Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, xalqa xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin çətin dövründə - 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
S.Möhbalıyev xalqımızın öz dahi oğlunu, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edən, onun həyata keçirilməsi üçün mühüm addımlar atan müdrik siyasətçini unutmadığını və heç zaman unutmayacağını vurğulayıb.
Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən AHİK sədri ümummilli lider Heydər Əliyevin əsasını doyduğu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməklə diqqəti özünə cəlb edib. Bu gün Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin başlatdığı yolun davamının sübutudur.
Tədbirdə Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri H.Osmanov, Mədəniyyət İşçiləri HİRK-in sədri C. Səttarova, Rabitə İşçiləri HİRK sədri S.Orucov, Dəmiryolu İşçiləri HİRK-in sədri F. Bağırov çıxış edərək Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, dahi öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər əldə edilib

FAYDALI KEÇİDLƏR