AHİK-in İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib
15 Jul 2020
İyulun 15-də AHİK-in İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib. İclasda AHİK-in sədri, Milli Məclisin deputatı S. Möhbalıyev gündəliyə daxil edilmiş məsələlər barəsində İcraiyyə Komitəsinin üzvlərinə məlumat verib.
S.
Möhbalıyevin təklifi ilə iclasın başlanğıcında
Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində sərhədlərimizi pozması nəticəsində şəhid
olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
İclasda
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası arasında 19 mart 2020-ci ii tarixli 99 saylı qərarla bağlanmış
2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin nəzərə alınıb. Sahə Həmkarlar
İttifaqı Respublika Komitələrinə tapşırılıb ki,
2020-2022-ci il illər üçün sahə (tarif) saziş və kollektiv müqavilə
hazırlayarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələrdən
istifadə etsinlər. İclasda Baş Kollektiv Sazişin icrasına dair hazırlanmış tədbirlər
planı təsdiq edilib.
İclasda
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı) devizi ilə keçirilən respublika
müsabiqəsinin 2019-cu il üzrə yekunları haqqında məsələ müzakirə edilib.
Bildirilib ki, müsabiqədə 2720-dən artıq müəssisə və təşkilat iştirak edib. 22
sahə həmkarlar ittifaqını təmsil edən 236 müəssisədən 50 qalib müəssisə və təşkilatın sənədləri
mükafatlandırılma üçün AHİK-ə göndərilib.
Müsabiqə üzrə AHİK-in müvafiq komissiyasının 5 may 2020-ci il tarixli
iclasında irəli sürülmüş təkliflər nəzərə alınmaqla AHİK-in İcraiyyə Komitəsi qərara
alıb ki, respublika müsabiqəsinin 2019-cu il üzrə qalibləri AHİK-in diplom və hədiyyələri
ilə təltif edilsinlər. Həmçinin sahə həmkarlar ittifaqı respublika komitələrinə,
federasiyalarına və birliklərinə tövssiyə olunub ki,2019-cu ilin qalibləri ilə
yanaşı, iştirak etmiş əmək müfəttişlərinin, kollektiv və təşkilatların həvəsləndirilməsi
üçün tədbirlər görsünlər.
İcraiyyə
Komitəsinin iclasında Azərbaycan həmkarlar
ittifaqlarının 2019-cu il üzrə gender statistikası haqqında, Azərbaycan Həmkarlar İttifaqları idman təşkilatlarının
2019-cu ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında və digər
məsələlər müzakirə edilib.
Daha sonra pandemiya şəraitində aztəminatlı
ailələrə, yaşlı insanlara, işsiz vətəndaşlara,
eləcə də həmkarlar ittifaqı üzvlərinə maddi yardımlar göstərilməsinin davam
etdirilməsi məsələsi müzakirə olunub və bu aksiyanın davam etdirilməsi məqsədilə
İcraiyyə Komitəsinin bölgüsünə uyğun olaraq
vəsait ayrılması qərara alınıb.
AHİK-in
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın yekununda çıxış edərək
müzakirə olunan məsələlərin hər biri haqqında öz fikirlərini İcraiyyə Komitəsinin üzvlərinə çatdırıb və
tövsiyələrini bildirib.
İclas
iştirakçıları iyulun 15-nə keçən gecə təxribatçı qüvvələrin Milli Məclisin
binasına girərək törətdikləri əməllər haqqında AHİK sədrinin məlumatını dinləyiblər və çıxış edərək bu əməlləri qətiyyətlə pisləyiblər.