AHİK-in təşkilatçılığı ilə video-seminarlar keçirilib
24 Dec 2020
Dekabrın 22,23,24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə seminarlar keçirilib.
Onlayn formatda təşkil olunan tədbirlərdə
Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayıldığı dövr ərzində məşğulluq
problemləri, gender bərabərsizliyi kimi məsələlər müzakirə olunub.
Seminarlarda “COVİD-19 pandemiyası
dövründə gənclərin məşğulluğu”, “Gender problemləri, COVİD-19 pandemiyasının
gender bərabərsizliyinə təsiri” və “Qeyri-Formal məşğulluqla bağlı vəziyyət”
mövzularında dinləmələr aparılıb, qaldırılan problemlər təhlil edilib.
3 gün davam edən müzakirələrdə Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının və
Sahibkarlıq, Özəl-Elm və Yüngül Sənaye İşçilərinin Həmkarlar İttifaqı nümayəndələri
iştirak ediblər.