AHİK sədri BƏT-in nümayəndə heyətini qəbul edib
25 Jan 2016
Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AHİK
sədri həmkarlar ittifaqlarının tarixi haqqında qonaqlara məlumat verib. Ötən
ilin noyabrında həmkarlar ittifaqlarının 110 illiyinin qeyd olunduğunu bildirən
Səttar Mehbalıyev zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatının
bir sıra mərhələlərdən keçdiyini bildirib. Azərbaycanda əmək hüquqlarının qorunmasında,
işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu
var.
AHİK sədri vurğuladı
ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar
ittifaqları haqqında” Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının
daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün
möhkəm hüquqi baza yaratdı. Təsadüfi deyil ki, Azərbaycan qanunvericiliyinə həmkarlar
ittifaqları ilə bağlı 25-dən artıq əlavə və dəyişikliklər edilib.
Beynəlxalq
əlaqələrdən söhbət açan Konfederasiya
sədri qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici əlaqələrin
inkişafına böyük önəm verir. Ötən il AHİK sədrinin Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının
(BHİK) vitse-prezidenti, daha sonra BHİK-in Pan-Avropa Regional Şurasının
vitse-prezidenti seçilməsi
bunun baris nümunəsidir. AHİK birçox
ölkələrin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir, onların təcrübəsindən yararlanır.
Sədr bildirdi ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizdə fəaliyyət göstərən
transmilli təşkilatlarla əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq transmilli təşkilatların
25-də həmkarlar ittifaqları yaradılıb. Təbii ki, bu sahədə problemlər də az
deyil. Bir çox transmilli şirkətlərdə həmkarlar
ittifaqının yaradılması yolunda ciddi maneələr,
əngəllər mövcuddur. Belə neqativ
halların aradan qaldırılmasında sizin təmsil etdiyiniz qurumun da köməyinə
ehtiyacımız var.
BƏT-in Transmilli Korporasiyalar və Müəssisələrlə İş
Departamentinin rəhbəri Githa Roelans AHİK-BƏT münasibətlərinin
bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, yaranmış işgüzar əlaqələrin
daha da genişlənəcəyinə əminliyini bildirdi. O qeyd etdi ki, işçilərin sosial
hüquqlarının qorunmasında BƏTdə
maraqlıdır və bu istiqamətdə məqsədyönlü iş aparır. Xanım Roelansəminliyini bildirdi ki, qaldırılan məsələlərin həll edilməsində
BƏT öz köməyini əsirgəməyəcəkdir.
Görüşdə geniş fikir mübadiləsi aparıldı.