AHİK sədri Səttar Möhbalıyev Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb
02 Dec 2019
Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Beynəlxalq Əlillər Günü ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb.
AHİK sədri görüşdə iştirak edən
müharibə iştirakçılarını, onların ailələrini bu əlamətdar gün münasibətilə təbrik
edib. S.Möhbalıyev bildirib ki,Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müharibə veteranları
və şəhid ailələrinə yüksək ehtiram və qayğı göstərilir, onların həyat şəraitinin,
sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Son illərdə görülmüş işlər, hərbi sahədə
aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də
döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.
İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Ordumuzun döyüş hazırlığı və
təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində
son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki
bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən
birini tutur.
AHİK sədri Qarabağ müharibəsi
veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib.
Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi
həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində
atılan addımları da diqqətə çatdırıb. Görüşdə iştirak edənlər ölkəmizdə geniş
vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının
yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət
və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda görüş iştirakçılarının hər
birinə bayram münasibəti ilə maddi yardımlar edilib.