AHİK sədrinin ünvanına təbrik məktubu göndərilib
17 Apr 2020
Yenidən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevin ünvanına Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrounun adından təbrik məktubu daxil olub. Təbrikdə deyilir:
“Hörmətli Səttar müəllim!
Sizi yenidən Azərbaycan Parlamentinə deputat
seçilməyiniz münasibətilə təbrik edirəm. Siz ölkənizdə və bütün dünyada zəhmətkeşlərə
xidmət göstərmək missiyasına sadiq lider kimi tanınmış, hörmət qazanmış və qiymətləndirilmisiniz.
İnanıram ki, Siz zəhmətkeşlərin layiqli əməyinin, hüquq və mənafelərinin müdafiəsində,
ədalətsizliyə və qanunsuzluğa qarşı, inklüziv demokratik cəmiyyətin qurulması uğrunda
mübarizədə bundan sonra da deputat səlahiyyətlərinizdən istifadə edəcəksiniz. Sizə
bu çətin işdə uğurlar arzulayıram. Bu, böyük şərəf və məsuliyyətdir.
Mən fəxrlə əminliyimi ifadə edirəm ki, beynəlxalq
həmkarlar ittifaqı hərəkatı bundan sonra da hər kəsin ləyaqətinə, hüquqlarına hörmət
edildiyi və heç kəsin diqqətdən kənarda qalmadığı, demokratik, davamlı inkişafda
olan dünya uğrunda apardığı mübarizədə Azərbaycan həmkarlar ittifaqlarının, şəxsən
Sizin gücünüzə arxalana bilər.”
Hörmətlə,
Şaran BARROU,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
Baş katibi