Ahıl, imkansız tibb işçilərinə maddi köməklik göstərilib
21 Apr 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları olaraq səhiyyə işçiləri həmkarlar ittifaqı da ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini, xüsusilə onun iqtisadi, sosialyönümlü təşəbbüslərini, qərarlarını həmişə dəstəkləmiş, onların həyata keçirilməsi işində fəal iştirak etmişdir.
Əlbəttə, yeni növ koronavirus təhlükəsi hələ sərhədlərimizdən
kənarda baş qaldırdığı dövrlərdə cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə
qabaqlayıcı tədbirlərə start verildi. Cənab Prezident martın 19-da koronavirus
infeksiyası ilə mübarizə barədə fərman imzaladı. Fərmana əsasən, Koronavirusla
Mübarizəyə Dəstək Fondu yaradıldı. Fonda AHİK 250 min manat vəsait ödədi. Bu vəsaitin
30 min manatı Səhiyyə İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin büdcəsindən
ayrılıb.
Bundan başqa, Respublika Komitəsi ölkədə yeni növ
koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə başlandığı gündən səhiyyə işçilərinin
yanında olmuş, problemlərinin həllinə çalışmışdır. Onlara həmrəylik müraciəti
ünvanlamış və üzv təşkilatlarına, ilk növbədə infeksiya ilə mübarizə və
profilaktika tədbirlərində iştirak edən və təqaüddə olan ahıl, köməksiz tibb
işçilərinə maddi köməklik göstərilməsi tövsiyə edilmişdir.
Respublika Komitəsinin Rəyasət Heyəti, koronavirus
infeksiyası ilə mübarizəyə cəlb olunmuş səhiyyə müəssisələrinin həmkarlar
ittifaqı təşkilatlarının maliyyə vəziyyətini nəzərə alaraq, Qobustan, Cəlilabad,
Astara, Balakən, Goranboy, Quba, Masallı, İmişli rayon şuralarına, Kliniki
Tibbi Mərkəzin, Mərkəzi Neftçilər Xəstəxanasının, Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının, 3 saylı
Şəhər Kliniki Xəstəxanasının və Xüsusi Təhlikəli İnfeksiyalara Nəzarət Mərkəzi
Publik Hüquqi Şəxsin həmkarlar ittifaqı komitələrinə ümumilikdə 112 000 manat
pul vəsaiti ayırmış və həmin təşkilatların bank hesabına köçürmüşdür. Bu vəsaitlər
rayon və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən infeksiya ilə mübarizə
aparan yüzlərlə tibb işçisinin bank hesabına yardım şəklində keçirilmişdir.
Ümumilikdə Respublika Komitəsinin xidmətində olan həmkarlar
ittifaqı təşkilatları tərəfindən koronavirus infeksiyası ilə mübarizə aparan
1620 tibb işçisinə (Masallıda 181 nəfərə, Ağdaşda 178 nəfərə, Qubada 138 nəfərə,
İmişlidə 120 nəfərə, Lənkəranda 78 nəfərə, Gəncədə 57 nəfərə, Xaçmazda 101 nəfərə,
Neftçalada 130 nəfərə, Qazaxda 23 nəfərə, Şəmkirdə 13 nəfərə, Mərkəzi Neftçilər
Xəstəxanasında 150 nəfərə, Agciyər Xəstəlikləri İnstitutunda 32 nəfərə və s.)
200 000 manatdan çox yardım edilmişdir.
Digər şəhər və rayonlardan koronavirus infeksiyası ilə
mübarizəyə cəlb olunmuş səhiyyə müəssisələrinə ezamiyyətə göndərilən tibb işçiləri
də diqqətdən kənarda qalmırlar. Onlara da ezamiyyətə göndərən müəssisələrin həmkarlar
ittifaqı təşkilatları tərəfindən maddi köməklik göstərilir.
Eyni zamanda Respublika Komitəsi, tibb işçilərinin
sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə, Bakı və Sumqayıt şəhərlərində
yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb
olunmuş səhiyyə müəssisələrinə (Mərkəzi Neftçilər Xəstəxanasına, Azərbaycan
Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə klinikalarına, Bakı Şəhəri
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansıyasına, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri
İnstitutuna, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına, Bakı
Sağlamlıq Mərkəzinə, Yeni Klinika tibb müəssisəsinə, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına
və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan TƏBİB Publik
Hüquqi Şəxsə) ümumilikdə dəyəri 30517,20 manat olan
700 litr - çox təyinatı dezinfeksiyaedici maye,
700 litr - əllər üçün dezinfeksiyaedici maye,
140 ədəd - qoruyucu kostyum,
140 ədəd - qoruyucu eynək,
110 qutu
- steril əlcək,
20 qutu
- baxıl,
20 qutu
- papaq bone,
5 ədəd -
1.7 l-lik O2 balonu çanta ilə birlikdə,
25 ədəd
- non kontakt termometr alınıb ianə etmişdir.
Bəzi şəhər
və rayon şuraları da büdcə vəsaitləri hesabına dezinfeksiya və qoruyucu vasitələr
alıb üzv təşkilatları arasında paylayırlar.
Respublika
Komitəsinin tövsiyəsi ilə rayon şuraları tərəfindən yüzlərlə ahıl pensiyaçıya
karantin dövründə ərzaq bağlamaları aparılmışdır (Sumqayıt Şəhər Surası 112 nəfərə,
Zaqatala Rayon Şurası 180 nəfərə, Qazax Rayon Şurası 175 nəfərə, Ağstafa Rayon
Şurası 65 nəfərə, Şəmkir Rayon Şurası 70 nəfərə, Agdam Rayon Şurası 40 nəfərə,
Xəzər Rayon Şurası 198 nəfərə, Səbail Rayon Şurası 30 nəfərə, Nizami Rayon
Şurası 12 nəfərə və s.).
Yuxarıda
sadalanan işlər sahədə bu gün də aparılır. Belə ki, Bakı Tekstil Fabrikinin
Sumqayıt Kimya Sənaye Parkında yeni istifadəyə verilmiş müəssisəsindən 10000 ədəd
qoruyucu tibbi maska, eləcə də steril əlcək və dezinfeksiya vasitəsi alınaraq
Bakı şəhərində yerləşən üzv təşkilatlarımız olan səhiyyə müəssisələrinə
paylanılır. Karantın dövründə bu işlərin davam etdirilməsi planlaşdırılır.